Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:36

"Bizim də, ermənilərin də mövqeyində ədalətli məqamlar var"


"Pen klub" proqramı. 30 iyun 2011
Gözlə

No media source currently available

0:00 0:49:57 0:00
Direct-ə keçid

Verilişin qonağı xalq yazıçısı Əkrəm Əylislidir.

“Məncə, Çörçil deyib ki, “siyasət - güzəşt deməkdir”. Qarabağ məsələsinin həllində də güzəşt olmalıdır.

Ermənilər o fikirdədirlər ki, onlar Qarabağda çoxdurlar, yaşayıblar, yaşayırlar və bunlar bu torpaqlarda öz qanunları ilə yaşamaq istəyirlər.

Azərbaycan isə beynəlxalq hüquqa əsaslanıb ərazi bütövlüyünü təmin etmək istəyir.

Siyasi yox, bir az fəlsəfi tərəfdən baxsan, bu mövqelərin hər ikisində müəyyən qədər ədalətli məqamlar var.

Heç kim haray-həşir salmasın ki, Əkrəm Əylisli deyir gedin torpaqları verin. Mən

"Amma mən onu bilirəm ki, Fikrət Qoca mitinqlərin əleyhinə yox, öz vəzifəsini qorumaq üçün belə bir yazı yazıb. Onun öz fikri deyil o. Yəni o fikrində hökmən təmənna var".

“Mənim üçün Pərviz kimi azad adamlar Azərbaycan Yazıçılar Birliyinin 1500 üzvündən daha maraqlıdır”.
deyirəm ki, bu məsələnin həlli üçün hökmən güzəşt lazım olacaq”.

Xalq yazıçısı Əkrəm Əylisli bunu Azadlıq Radiosunun “Pen klub” verilişində deyib.

“Bilmirəm onlar nədə, biz nədə güzəştə getməliyik. Amma bizim siyasətdə bir şey var onu demək istəyirəm.

Bilirsiniz, siyasət, ərazi bütövlüyünün təmin olunmasına yönələ bilər. Amma heç bir siyasət xalqlari bir-birinə düşmən eləməyə yönələ bilməz.

Bizdə imkan yaradirlar, hər yerindən duran erməni xalqı, onun tarixi, mədəniyyəti haqqında ağzina gələni danışır.

Xalqlari bir-birinə düşmən eləmək bəşəriyyət qarşısında cinayətdir....”

Ə.Əylisli “Sarı gəlin” mahnısı üstündə mübahisələri də anlamadığını deyib.

Onun sözlərinə görə, bəziləri bu temadan istifadə edib insanları aşağı səviyyəli mübahisələrə sövq edir, onların başını qatırlar.

Yazıçı deyir ki, azərbaycanlılarda türklük mentalitetindən başqa, həm də başqa türk xalqlarından fərqli olaraq Qafqaz mentaliteti də var. “Bizim toylarda çalınan bəzi mahnıları Anadoluda toyda çalın, görün kimsə oynayarmı?”

Yazıçının bildirdiyinə görə, Qafqaz xalqlarını birləşdirən ortaq dəyərlər var. Bunları mübahisə predmetinə çevirmək olmaz.

“Ümumiyyətlə, mahnı onun oxuyanındır”.

Ə.Əylisli deyir ki, artıq dünya dəyişib::

"Görürsən bir sunami olur 9 Qarabağ boyda ərazi qalır suyun altında... Hər iki tərəf bir parça torpaqda qonşu kimi birgə yaşamağın yolunu tapmalıdır. Bu təfəkkürdə, buna ürək edən siyasətçilər yetişsə, problem də həllini tapar".

Ədəbiyyatın problemlərindən danışan Ə.Əylisli deyib ki, bu sahədə “vəzifəpərəstlik baş alıb gedir”.

Yazıçı deyib:

“Məsələn, Fikrət Qocanın (Azərbaycan Yazıçılar Birliyinin katibi – Oxu zalı) üstünə düşmüşdülər ki, “sən bu mitinqlərin əleyhinə məqalə yazmısan”. Mən o məqaləni oxumamışdım.

Amma mən onu bilirəm ki, Fikrət Qoca mitinqlərin əleyhinə yox, öz vəzifəsini qorumaq üçün belə bir yazı yazıb. Onun öz fikri deyil o. Yəni o fikrində hökmən təmənna var.

Əgər bir adam bir yerdə 20 il oturubsa, artıq qocalıb əldən düşəndən sonra, bir az da oturmaq üçün belə bir şeyə gedirsə, vəzifə artıq fəlakətə çevrilib Azərbaycan üçün”.

Ə.Əylisli Milli Kitab Mükafatının yazıçı Pərviz Cəbrayıla verilməsini müsbət dəyərləndirib.

Mükafata layiq görülən “Yad dildə” romanını oxumasa da, P.Cəbrayılın əvvəlki romanı ilə tanış olduğunu, onun haqqında istedadlı adam təsəvvürü yarandığını deyən Ə.Əylisli mükafatın Azərbaycan Yazıçılar Birliyinin 1500 üzvündən heç birinə çatmamasına diqqət çəkib.

Onun fikrincə, P.Cəbrayıl “azad adamdır”.


“Mənim üçün Pərviz kimi azad adamlar Azərbaycan Yazıçılar Birliyinin 1500 üzvündən daha maraqlıdır”.

Ə.Əylisli P.Cəbrayıla səs verən münsiflərdə təmənna hiss etmədiyini deyib: “Pərviz onlara qonaqlıq verəsi deyildi ki...”

Amma Ə.Əylislinin fikrincə, Pərvizin qalib olmasını istəməyən münsiflər bu məsələdə öz maraqlarına əsaslana bilərdi.

P.Cəbrayılla bağlı fikrinə davam edən Ə.Əylisli deyib: “Mən əminliklə deyə bilmərəm ki, P.Cəbrayılın yaratdığı böyük ədəbiyyatdır.

Amma Pərvizə desən ki, sənin yaratdığın böyük ədəbiyyat deyil, onun qol-qanadı sınar. Əksinə gənclərə qol-qanad vermək lazımdır”.

Ərəb ölkələrindəki inqilablara toxunan Ə.Əylisli onlarda inqilab romantikası axtaranlarla razılaşmadığını söyləyib. “Qəddafi nə yuvanın quşudu – o ayrı məsələ.

Amma ay nə bilim, Qəddafi gedəcək, onun yerinə gələnlər elə bir şərait yaradacaq ki, demokratiya çiçəklənəcək – mən buna inana bilmirəm”.

“Mən bunda romantikanı dərk edə bilmirəm. Bu fəlakətlərdir, çoxlu sayda insanlar qırılır. Uşaqlar, qocalar məhv olur.

Bəlkə on illər lazım olacaq ki, o ölkə özünə gəlsin. İnsan taleyi mənim üçün hər şeydən qiymətlidir”.


"Pen klub" proqramının aparıcısı İlqar Rəsul, prodüsseri Maarif Çingizoğludur. Verilişə tam şəkildə BURDA qulaq asa bilərsiniz. Proqrama tam şəkildə yuxarıda baxa da bilərsiz.
XS
SM
MD
LG