Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:50

Vaqif Səmədoğlu. Niyə görəsən adam bilmək istəyir


Niyə görəsən adam bilmək istəyir
kim nə deyəcək o öləndə?
Kim necə ağlayacaq onun meyiti üstə?
Neçin insan oğlu
gizli bir həsrətlə
öz dəfnini görmək istəyir?
Neçin diriykən
yüz yol basdırırıq özümüzü,
tabutumuzu qoyub
qohum-qardaş, dost-aşna çiyninə?
Və yağışlı-qasırğalı bir gündə
qəbiristanlığı
özləri də öləcək
insanlarla doldururuq,
saatlarla saxlayırıq onları
yağış altda, külək ağzında...

1985
XS
SM
MD
LG