Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:48

Yaralanan Yəmən prezidenti müsahibə verib


Yəmən prezidenti Ali Abdullah Saleh
Yəmən prezidenti Ali Abdullah Saleh
İyunun 3-də yaralandığı deyilən Yəmən prezidenti Ali Abdullah Salehin yeni video görüntüsü yayılıb.

Səudiyyə Ərəbistanında çəkildiyi deyilən videogörüntülərdə Salehin üzündəki yanıq izləri açıq aşkar görünür.

Yəmən paytaxtı Saanada hərbi hücum zamanı yaralanmış Ali Abdullah Salehin vəziyyətinin pis olması deyilirdi.

Reuters-in məlumatına görə, Saleh, Yəmən dövlət televiziyasında yayımlanan görüntülərdə deyib ki, «səkkiz uğurlu əməliyyat» keçirib. Bundan əlavə Saleh müxalifətlə dialoq tərəfdarı da olduğunu açıqlayıb.

Yəməndə 4 aydır müxalifətin etirazları davam edir.

Əvvəlki müsahibələrində Saleh, «konstitusiya çərçivəsində höküməti paylaşa biləcəyini» demişdir.

Ali Abdullah Salehin dövlət televiziyasındakı çıxışından sonra atəşfəşanlıq olub. Televiziyada sevincli Saleh tərəfdarlarının görüntüləri nümayiş etdirilib.

Yəmən müxalifəti hər vasitəylə prezident Ali Abdullah Salehin ölkəyə dönməsinə imkan verməyəcəyini bəyan edib.

Ali Abdullah Salehin əvvəlki görüntüsü
XS
SM
MD
LG