Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:36

Əli Kərim. Salyeri


Motsarta yox,
deyərdim:
özünə verdi zəhərini.
O vaxtdan heç kim çalmır
onun bircə əsərini.
Demək heç nəyi yoxmuş
həyatı bir qızdırmalının
Gördüyü yuxuymuş
"Namərd qardaşlıq məzarında"
basdırdılar yazdıqlarını.
Dahiliyin
Şahlıq taxtına
yozduqlarını.
Dirildin Motsartı
Demək istər:
- Ver mənə
öz halalca zəhərimi.
Dinləmək istəyirəm
Heç olmasa
bir əsərimi.
Zəhərimi ver mənə
öz puluma aldığm zəhərimi.
Tök dostunun piyaləsinə yox,
lap boğazına
Yaşasın yazdıqları
Heç olmasa
müdhiş ölüm bahasına.
qurtar yer altından canını.
Susan görüm
Sənin musiqinin
məni boğan
batıran
boy verməyən okeanını.
Motsart bacarsa deyər:
- O zəhəri
mən heç bir zaman
tökmərəm boş boğazına
ki, notlar əsərimin
məzarı olsun
bir nacinsin
ölümü bahasına.
Gözüm yoxdur
sən yaşayan dünyada.
İstəmirəm gözəlliyin
ordakı qışın, yazın
Qara torpaq
mənə daha xoşdur.
Təki həsrətlisi olduğum
əsərlərim yaşasın.
XS
SM
MD
LG