Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:32

Volqa çayında batan gəmidə 100-dən çox adam ölüb


Voqlada turist gəmisi batıb
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00
Direct-ə keçid

İyulun 10-da Tatarıstanda Volqa çayında batan “Bulqariya” gəmisində həlak olanların sayı 12 - ə çatıb. 100-dən artıq adamın taleyi naməlumdur. Son məlumatlara görə, gəmidə 199 adam olubmuş. 56 sərnişin və 23 ekipaj üzvü xilas edilib.


DMİTRİ MEDVEDEV MÜŞAVİRƏ KEÇİRİB

Dalğıclar iyulun 10-da Rusiyada Volqa çayında batmış «Bulgariya» səyahət gəmisinin qalıqları altından cəsədləri çıxarmağa başlayıblar. Məlumatlara görə, gəmidə səfər zamanı 180 nəfər olub.

Rusiya Fövqəladə Hallar naziri Sergey Şoygunun prezident Dmitri Medvedevin yanında keçirdiyi müşavirdə verdiyi məlumata görə isə gəmidə 208 nəfər olubmuş. Onlardan 25-i qeydiyyatdan keçməyibmiş.

Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən verilən son məlumata görə, gəminin sərnişinlərindən olan 13 nəfərin cəsədi çıxarılıb. 80 nəfər xilas edilib. 90-dan artıq adamın taleyi isə məlum deyil. Onların öldüyü güman olunur.

Hadisə Moskvadan 750 kilometr şərqdə Volqa çayının Tatarıstandan keçən hissəsində baş verib. Çayın sahilindəki Syukeyevo kəndində xilasedicilərdən biri Reuters-ə sahilboyu axtarışların heç bir nəticə vermədiyini bildirib:

«Biz sahil boyu heç nə tapa bilmədik. Heç bir səs eşitmədik, heç kimi görmədik. Sükutdan və dalğa səslərindən başqa heç nə yox idi».

Hadisə baş verən ərazidə axtarışlar
HADİSƏNİN BAŞ VERMƏ SƏBƏBİ BİLİNMİR

Gəmi sahildən 3 kilometr aralıda çayın 20 metr dərinliyinə batıb. Bu da axtarış işlərini çətinləşdirir. Xilasedicilər isə gəminin adamların çox ola biləcəyi restoran, bar, musiqi salonunun yerləşdiyi hissəsində işləyirlər.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Ancaq o məlumdur ki, Çexoslovakiyada istehsal olunmuş «Bulgariya» gəmisinin yarım əsrdən çox yaşı olub. Səfər zamanı gəmi icazə verilən həddən 60 nəfər çox sərnişin daşıyıb.

İnterfax agentliyi Rusiyanın Turizm Birliyinə istinadən bildirir ki, Tatarıstan Respublikasının Bulgar şəhərindən Kazana gedən gəmi illərdir texniki baxışdan keçmirmiş.

Xilasedicilər
Sərnişinlərin tam siyahısı isə Tatarıstan Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilib. Onların çoxu Kazandandır. Televiziyada isə qəzadan sağ çıxmış adamların ailə üzvləri ilə görüşü göstərilib.

«İKİ GƏMİ DAYANMADAN KEÇDİ»

Xilas olanlarda biri Reuters-ə deyib ki, gəmi batan zaman yanlarından bir neçə gəmi keçsə də birindən başqa heç biri batanları xilas etmək üçün dayanmayıb:

«İki gəmi ümumiyyətlə, dayanmadan keçdi. Nə qədər əl yellətsək də dayanmadı. Mavi ağ rəngli «Volganeft» iri yük gəmisi, sonra da başqa bir çay gəmisi dayanmadı».

Avropanın ən uzun çayı olan Volqa turistlər üçün səyahət yeri sayılır. «Bulgariya» gəmisinin batması ilə bağlı iyulun 12-i bütün Rusiya ərazisində matəm günü elan olunub.

XS
SM
MD
LG