Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:38

Belarus azadlıq mahnılarına qadağa qoyur


Rejissor Rəşid Nugmanov və Victor Tsoi
Rejissor Rəşid Nugmanov və Victor Tsoi
Belarus hökuməti bir neçə radioda səslənən polulyar rus mahnısını qadağan edib. Həmin mahnılarda prezident Aleksandr Lukaşenko rejiminə etiraz notları var.
Bu barədə məlumat verən yerli jurnalistlərin sözlərinə görə, ötən beş həftə ərzində Belarusun radio dalğalarında bir neçə mahnı yox olub.

Belarus radiostansiyasının bəzi əməkdaşları deyirlər ki, onlar hökumətdən bir neçə mahnının səsləndirməmək göstərişini alıblar.

Qadağan olunmuş musiqiçilər arasında rusiyalı Yuri ShevchukAndrei Makarevich, o cümlədən, Belarusun tanınmış rok müğənnisi Lyapis Trubetskoinin «Belarus azadlığı» (Belarus Freedom) mahnısı da var.

Sovet dövrünün məşhur rokeri, Kino qrupunun ifaçısı Victor Tsoinin «Peremen» mahnısın Belarus radiolarında yayımı qadağan edilib.

Bir neçə gün öncə Belarus gəncləri dinc etiraz aksiyası keçirib. Son həftələr sosial şəbəkələrlə əlaqə saxlayan müxalifət fəalları ölkənin şəhərlərində mövcud rejimə qarşı dinc aksiyalar təşkil ediblər.

Dinc keçirilən aksiyalarda 100-dən çox fəal saxlanılıb.
XS
SM
MD
LG