Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:59

Cabbar Savalanlının məhkəməsində şahid dindirilib


Cabbar Savalanlı
Cabbar Savalanlı
İyulun 21-də Sumqayıt Apellyasiya Məhkəməsində AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının məhkəməsi davam edib.

Məhkəmə iclasına hakim Lətifə Məmmədova sədrlik edir.

Məhkəmə iclasında hal şahidlərindən biri Məhərrəm İsmayılov dindirilib.

Bu haqda AzadlıqRadiosuna vəkil Anar Qasımov məlumat verib:

«Hal şahidindən soruşduq ki, bu, şahidlik etdiyi ilk məhkəmə işidirmi? O, israrla bildirdi ki, indiyə kimi şahidlik etməyib. Onda mən ona başqa bir məhkəmənin protokolunu göstərib soruşdum ki, bu imza ona məxsusdur? İmzasını təsdiqlədi, amma dedi ki, o, bu məhkəmə prosesində iştirak etməyib».

A. Qasımov deyir ki, onun vəkillik kimi əvvəlki işlərindən biri də qanunsuz narkotik maddə saxlama barədə olub və adıkeçən şəxs bu prosesdə hal şahidi kimi dindirilib:

«Biz sübut etmək istəyirik ki, Cabbar Savalanlının ittihamı qondarmadır və hal şahidləri də polislə əlbir olan şəxslərdir».

Digər hal şahidi gəlmədiyi üçün məhkəmə iclası iyulun 26-na kimi təxirə salınıb.

Cabbar Savalanlı satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama maddəsi ilə təqsirli bilinib. O, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onun həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir.
XS
SM
MD
LG