Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:36

Suriya qoşunları Homs şəhərinə girib


Suriyada etiraz aksiyaları davam edir
Suriyada etiraz aksiyaları davam edir
Suriyadan o qədər çox xəbər almaq olmur. Çünki hökumət bütün xarici medianın fəaliyyətinə qadağa qoyub. Ölkə mətbuatının da iğtişaşları işıqlandırması məhdudlaşdırılıb. Lakin yeni həvəskar videolar yayılmaqdır. Bu videolardan biri də hücuma məruz qalmış Homs şəhərindəndir.

Video bir evin pəncərəsindən çəkilib. Şəhərin təhlükəsizlik qüvvələrinin mühasirəsində olduğu görünür. Hər tərəfdə güllə səsləri eşidilir. Küçədə hərbçilər ora-bura qaçır.

Telefonla jurnalistlərə məlumat vermək qədər cəsarətli olan sakinlər iyulun 21-də şəhərdə azı 2 nəfərin öldürüldüyünü, onlarla adamın yaralandığını bildirirlər.

Bunlara da nəzər salın
Hüquq müdafiəçiləri ötən şənbədən Homsda öldürülən adamların sayının 50-yə çatdığını bildirirlər. İndi şəhərdə hökumət tərəfdarı olan silahlı şəxsləri daha tez-tez görmək olur. “Şabiha” adlandırılan silahlı şəxslər evlərin qapısını sındırır, rejimə loyal olmamaqda şübhəli saydıqları adamları axtarırlar.

Homsdan telefonla məlumat verən şahidlərdən biri deyir ki, “qonşu məhəllədən qalxan tüstü görürəm”. O deyir ki, qorxumuzdan evdən bayıra çıxa bilmirik. “Qorxuruq ki, silahlılar bizi öldürər”.

Məscidin səsgücləndiricilərindən camaatı qan verməyə çağırırlar. Bu da donor qana tələbatın böyük olması ilə bağlı narahatlıqları artırır.

Dövlət mediasında isə baş verənlərlə bağlı yalnız rəsmi versiya əks olunur. Dövlət xəbər agentliyi olan SANA yaralanmış hərbçilərdən müsahibələr yayır. Həmin müsahibələrdə hərbçilər avtomat və ağır silahlardan istifadə edən silahlı qrupların hücumlarına məruz qaldıqlarını bildirilər.

Rəsmi məlumata görə, iyulun 21-də Homsun iki ayrı məhəlləsində 32-si təhlükəsizlik qüvvəsi, 8-i isə mülki şəxs olmaqla 40 nəfər yaralanıb. Bununla belə, yenə Suriya müxalifəti rejimə qarşı ölkə miqyasında etiraz aksiyalarına çağırıb. Müxalifət əhalini cümə namazından sonra küçələrə səsləyib. Müxalifətçilər bildirirlər ki, ötən cümə ölkə miqyaslı nümayişlərdə 1 milyondan çox adam iştirak edib.

Martın ortalarından başlamış iğtişaşlar Əsəd rejiminin hakimiyyətdə olduğu on illiklər ərzində onun üçün ən ciddi təhlükədir. Martdan bu yana Bəşər Əsədin istefası tələbi ilə keçirilən etiraz aksiyalarında 1400-dən çox adam öldürülüb, minlərlə adam həbs olunur. Müxalifətin geri çəkiləcəyinə heç bir işarə yoxdur.

HƏMÇİNİN OXU:

Hillary Clinton: «Suriya prezidenti legitimliyini itirib»
Suriyada zorakılıq qorxutmur, ruhlandırır
Bəşər Əsəd devriləcəkmi?
Hakimiyyətdə qalmağın Suriya modeli
Suriya kəşfiyyatının 6 səhifəlik planı
XS
SM
MD
LG