Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:31

Ərdoğan yeni Atatürkdürmü?


Ərdoğan Ali Hərbi Şuranın toplantısına rəhbərlik edir. 1 avqust 2011
Ərdoğan Ali Hərbi Şuranın toplantısına rəhbərlik edir. 1 avqust 2011






Wall Street Journal yazır:

Türkiyədə yeni nizam - Ərdoğan yeni Atatürkdürmü?

Keçən həftə bir neçə generalın Türkiyə ordusunun rəhbərliyindən eyni vaxtda istefa verməsi dramatik hadisə olsa da, təəccüblü deyildi.

Əslində generallar Mustafa Kamal Atatürkün qurduğu respublikanın “yeganə mühafizi” olmaq statusunu bundan xeyli əvvəl əldən verərək silahlı qüvvələrdə söz sahibliyini baş nazir Ərdoğana uduzmuşdular.

Normal demokratik ölkələrdə ordu mülki hakimiyyətə tabedir. İndi Türkiyə də istisna deyil.

TANK ƏVƏZİNƏ ELAN

Ordu komandanı və daha üç yüksək vəzifəli komandir ultramillətçilərin dövlət çevrilişində ittiham olunaraq mühakimə edilməsinə etiraz olaraq istefa veriblər. “Ergenekon” adlanan iş üzrə 250-yə qədər hərbçi, keçmiş hərbi qulluqçu, alim, jurnalist, ictimai fəal həbs edilib.

Həbs edilmiş hərbçilər Ali Hərbi Şuranın iki ildə bir dəfə keçirilən və hazırda davam edən toplantısında vəzifə almaq haqqına malik deyillər.

Hüquqi araşdırmalardan məyis olmuş 4 general buna cavab kimi keçmişlərdən fərqli olaraq küçələrə tank göndərmədilər, erkən istefalarını elan etdilər. İndi NATO-nun ikinci böyük ordusunun rəhbərliyini baş nazir Tayyib Ərdoğan təyin edəcək.

Bu istefalar Ərdoğanın az qala 100 il əvvəl Atatürkün formalaşdırdığı siyasi sitemin yenidən qurulması istiqamətində səylərinin davamıdır.

İndiki Konstitusiyanı 1982-ci ildə etdiyi dövlət çevrilişindən sonra ordu yazıb. Amma bundan sonra hakimiyyəti mülki hakimiyyətə təhvil verib.

İndi Türkiyənin əsl liberal demokratiya olacağı, yoxsa Kamalizmin digər bir avtoritar
Türkiyə ordusunun istefa vermiş rəhbəri Işık Koşaner

modellə əvəzlənəcəyi cənab Ərdoğandan asılıdır.

Ərdoğanın Ədalət və İnkişaf Partiyası bu ilin iyununda 3-cü dəfə seçkilərdə inamlı qələbə qazanıb və hazırda dövlətin vacib institutlarına nəzarət edir.

Demokratiyaya can atan bir çox ərəb cəmiyyətləri Türkiyəyə bir model kimi baxır və Türkiyədə liberal demokratik sistemin bərqərar olması həmin cəmiyyətlər üçün gözəl bir nümunə olardı.

CƏSARƏT VƏ XARİZMA

Axır 8 il yarımın təcrübəsi ehtiyatlı optimizmə əsas verir. Ərdoğan islamçı hərəkatla meydana atılsa da, hakimiyyətə gələndən sonra həmin hərəkatla məsafə saxlamağa çalışıb və Türkiyədə bir sıra istiqamətlərdə daha çox müsbət dəyişikliklərə nail olub.

Biznes üçün münbit şərait yaradan siyasət ölkədə inkişafa yol açıb və hakim partiyanın populyarlığını artırıb. Türkiyədə iqtisadi artım bu ilin ilk rübündə 11 faiz təşkil edib. Bu dünyada ən yüksək iqtisadi artımdır.

Bundan başqa Ərdoğan Kamalizmin dindar müsəlmanlarla bağlı sərt qərarlarına qarşı çıxmağa çalışıb. Bununla da dünyəvi dövlət tərəfdarlarını qıcıqlandırıb. Türkiyə məhkəməsi də hakim partiyanın əleyhinə qərar çıxarıb. Türkiyə ordusunun rəhbərləri isə 2007-ci ildə öz saytlarında hakim partiyaya xəbərdarlıq mesajı dərc ediblər və bundan sonra erkən seçkilər keçirilib.

1960-cı ildən bəri ordu 3 “ağır” və 2 “yüngül” hərbi çevriliş edib.

Amma Ərdoğan Atatürkdən sonra ən qətiyyətli Türkiyə liderinə çevrilə bilib. Buna öz cəsarəti və xarizması ilə nail olub. Amma onun hakimiyyətində təmsil olunanların mediaya hücumları narahatlıq doğurur.

Ərdoğan Türkiyəni modernləşdirib, amma onun ölkəni demokratikləşdirə biləcəyi ilə bağlı sual açıq qalır. O, bu narahatlıqları ordudakı təmizləmələrin sürətini azaltmaq, hüquq və azadlıqların təsbit olunduğu Konstitusiya ilə bağlı kompromislərə getməklə nail ola, Kamalizmin aradan qalxmasını asan ola bilər. Əgər həmin sistem müsəlman dünyasında ilk davamlı demokratik sistemlə əvəzlənərsə.
XS
SM
MD
LG