Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:34

Rəsmiyyə Sabir. Nadan əlində


Bir ucdan hey qaytarıram,
Bu ömrü mən borc almışam.
İçim qışdı, çölüm bahar,
Payız kimi saralmışam.

Yuva salıb qəlbimdə qəm,
Neylim axı mən bəxti kəm,
Sükutam, səs-ün deyiləm,
Qəm dəryasına dalmışam.

Min il əvvəl çaşıb gəldim,
Dünyanın vəfasın bildim,
Dərd içində hər gün öldüm,
Nadan əlində qalmışam.
XS
SM
MD
LG