Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:43

2 aprelçilərin məhkəməsi: müttəhimlərlə nəzarətçilər arasında mübahisə olub


2 aprel məhbusları
2 aprel məhbusları
Avqustun 22-də 2 aprel məhbuslarından Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi Quliyev və Rüfət Hacıbəylinin məhkəmə prosesi davam edib.

Prosesin əvvəlində vəkil Elçin Namazov bir neçə vəsatət qaldırıb. O, hər prosesdən sonra məhkəmə protokollarının surətinin vəkillərə verilməsini, protokolların məhkəmə katibi tərəfindən yazılmasına əmin olmaq üçün ekspertiza keçirilməsini istəyib.

Amma vəkilin bu vəsatəti təmin edilməyib. Hakim bildirib ki, protokollar məhkəmə prosesi tam başa çatandan üç gün sonra verilə bilər. O ki qaldı əlyazmaların məhkəmə katibinə məxsus olub-olmamasına, hakim deyib ki, buna heç kəsin şübhəsi olmasın.

Vəkilin digər bir vəsatəti Rüfət Hacıbəylinin həbsinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı olub. Elçin Namazov deyib ki, məhkəmə dindirmələri zamanı heç kim Rüfət Hacıbəylinin ziyan vurmasından şikayətçi olmayıb. Bu səbəbdən də onun həbsi ev dustaqlığı ilə əvəzlənməlidir.

Bu vəsatətlə bağlı məhkəmə müşavirəyə gedib.

****
10 dəqiqəlik fasilə zaman müttəhimlərlə məhkəmə nəzarətçiləri arasında mübahisə olub. Əhəd MəmmədliElnur Məcidli fasilə zamanı yaxınları ilə söhbət etmək istəyəndə, nəzarətçilər buna imkan verməyiblər. Bu da tərəflər arasında mübahisəyə səbəb olub.

Vəkil Elçin Namazovun Rüfət Hacıbəylinin həbsinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatəti təmin edilməyib.

Vəkil Elçin Namazov hakim Şahin Abdullayevin əvəzlənməsini istəyib.

Hakim
Əhəd Məmmədlinin vəkili Yalçın İmanov isə müdafiə etdiyi şəxsə işgəncə verməkdə günahlandırdığı polis əməkdaşı Məmməd Mikayılovun şahid qismində yenidən məhkəməyə gəlməsini istəyib. Hakim bu vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki, ehtiyac yaranarsa, o, əlavə şahidləri sonra məhkəməyə dəvət edə bilər.

Vəkil Yalçın İmanov Əhəd Məmmədli saxlanan ərazidəki nəzarət kameralarının yaddaşının məhkəməyə verilməsi barədə də vəsatət qaldırıb. Amma hakim bildirib ki, həmin kameraların yaddaşı bir aydan artıq saxlanmır.

Daha sonra zərərçəkən qismində «Transqeyt» MMC-nin əməkdaşı çıxış edib. O, tıxacların olması səbəbindən şirkətə 1600 manat ziyan dəydiyini deyib. Vəkillərin suallarına isə o, cavab verə bilməyib.

Daha sonra şahid qismində Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Əli Murquzov çıxış edib. O deyib ki, Əhəd Məmmədli polis yoldaşı İlham Zamanova təzyiq edib, onu söyüb, polis maşınını təpikləyib. Amma onun çıxışında ziddiyyətli məqamlar olub. Əli Murquzov Əhəd Məmmədlini saat 15:00-da saxladıqlarını desə də, istintaq materiallarında onun saat 17:00-dan sonra saxlandığı bildirilir.

Proses davam edir...

Müxalifət fəalları ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimətdə ittiham olunurlar. İttiham təsdiqlənərsə, təqsirləndirilən şəxsləri 3 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG