Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:50

Xalid Bağırovun fəaliyyəti bir illik dayandırıldı


Vəkil Xalid Bağırov
Vəkil Xalid Bağırov
Məlumatı AzadlıqRadiosuna vəkil özü verib.

Kollegiya Intizam Komissyasının rəyi əsasında belə qərar verib.

Xalid Bağırov deyir ki, Vəkillər Kollegiyasının iclası onun iştirakı olmadan keçirilib. Vəkilin sözlərinə görə, o Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun müraciətinə görə vəkillikdən uzaqlaşdırılıb.

Xaliq Bağırov polislər tərəfindən öldürdüyü iddia olunan Elvin Əsgərovun hüquqlarını müdafiə edirdi. Rafiq Abbasov isə vəkilin polisə böhtan atdığını deyir və onun Kollegiya tərəfindən cəzalandırılmasını istəyirdi.

Xalid Bağırov son hadisəni vəkil fəaliyyətinə təzyiq kimi qiymətləndirir. Atacağı addımları müəyyənləşdirmək üçün Kollegiyanın rəsmi qərarı, onların arqumentləri ilə tanış olmağı gözləyir.

Xalid Bağırov həm də keçmiş deputatlığa namizəd Vidadi İsgəndərlinin vəiklidir.

Bundan əvvəl də vəkil Osman Kazımov Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.
XS
SM
MD
LG