Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:33

Musa Əfəndi. Balaca


Balaca olmaq,
Bapbalaca olmaq istəyirəm…

Kiçilmək istəyirəm
İnsanlığın gözündə,
İnsanların gözündə.

Bir qızın tək telinə tutunub
Küləkdə yellənmək istəyirəm
Sonra qulağına sevdiyimi demək
Və gizlənmək istəyirəm.
Beləcə əylənmək istəyirəm…

Və bir şeir yazmaq istəyirəm sonda.
Kiçilib gizlənə bilim sətirlərimin altında,
Sözlərimdə…
Ətirimdən yalnız həmin qız tapsın məni
Və böyümək istəyirəm,
Yalnız həmin o qızın gözlərində…
XS
SM
MD
LG