Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:49

Kənan Rövşənoğlu: «Ramazan bayramında qan tökülməsi üzücüdür»


Hacı İlqar İbrahimoğlu
Hacı İlqar İbrahimoğlu
«Bəzən insan haqları adına müəyyən separatizm meylləri ortaya çıxır».

İran Azərbaycanında Urmiya gölü ətrafında baş verən hadisələrə münasibət bildirərkən Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu belə deyib.

O, qeyd edib ki, bütün dünyada, o cümlədən müsəlman ölkələrində insan haqları istiqamətində atılan addımları müsbət dəyərləndirir. Ancaq buna baxmayaraq, bəzi ölkələrdə insan haqları adı altında başqa meyllərə xidmət edən məsələlər var:

«İstər Türkiyədə, istərsə İranda bəzən insan haqları adına örtünmələrlə müəyyən separatizm, dövləti dağıtma meylləri olan məsələlər meydana çıxır. Bu mənada da dövlətlərin də çox sərt davranışları olur. Dünyanın hər yerində ekoloji aksiyaların keçirilməsi əslində çox adi bir haldır. Buna da dözümlü yanaşılmalıdır.
Kənan Rövşənoğlu
Yox, bu məsələlərin arxasında fərqli niyyətlər dayanırsa, o zaman dövlətlərin məsələləri belə qarşılamaları məntiqidir… Demokratik, insan haqları hərəkatlarına çox müsbət yanaşıram. Amma hansısa qüvvələrin öz məqsədləri, öz imkanlarını əldə etmək üçün oranı qarışdırmasına pis baxırıq...».

Dini mövzularda yazan jurnalist Kənan Rövşənoğlu isə deyib ki, bayram ərəfəsində islam ölkəsindən belə xəbərlərin yayılması insanlara yaxşı təsir etmir:

«Ramazan bayramında bu cür qan tökülməsi barədə xəbərləri eşitmək üzücüdür. Bu hadisənin məhz müsəlman ölkəsində, islam dövlətində baş verdiyinə təəssüflənirik. Təəssüf ki, həmin insanlar üçün Ramazan bayramı bayram əhval ruhiyyəsində keçməyəcək...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG