Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:38

Alkoqolik yazıçılar...


William Faulkner
William Faulkner
Bəziləri düşünürlər ki, içki yaradıcılığa müsbət təsir edir, amma bir çoxları bu fikirdədir ki, alkoqol yazıçıdan ötrü həyatda üzləşdiyi başqa problemlərdən qaçmaq üçün bir vasitədir.

Listverse.com saytı dünyanın spirtli içkiləri sevən 15 böyük yazıçısının siyahısını təqdim edir.


15. Hunter Thompson

Hunter Thompson (1937 – 2005) amerikalı yazıçı və jurnalistdir. Onu məşhur edən əsəri “Las Veqasda qorxu və nifrət” adlanır.

Onun içkiyə meyli haqda çox yazılıb.

Yazıçı 1981-ci il iyulun 21-də Kolorado ştatında – Aspendə gecə saat 2-də “Stop” işarəsinə məhəl qoymadan yoluna davam edib və onu saxlayan əsgərə “dişinin dibindən çıxanı deyib”.

Bundan başqa alkoqol testindən keçməkdən də imtina edib. Buna görə saxlansa da, məhkəmə yazıçıya qarşı “sərxoş halda avtomobil idarə etmə” ittihamını təsdiqləməyib. Hakim bunu əsaslandıran sübut olmadığını əsas gətirib.

14. Raymond Chandler

1888-ci il doğumlu Raymond Thornton Chandler əsasən kriminal mövzulu hekayələrilə tanınıb. Sözügedən janrın inkişafında onun böyük rolu olub.

Chandler bütün yazıçı karyerası boyunca alkoqola meylli olub.

13. John Cheever

Amerikalı roman yazarı John Cheever həm romanları, həm də qısa hekayələrilə

Kerouac 1969-cu ildə Floridada xəstəxanada ölüb. O, bu xəstəxanaya qarın nahiyəsində kəskin ağrılar hiss edəndən sorna təcili yardım xisməti vasitəsilə çatdırılıb.

Ölümün onu 47 yaşında haqlaması daxili qanaxmanın nəticəsi idi. Buna qara ciyər serrrozu səbəb olmuşdu, çünki yazıçı bütün ömrü boyu möhkəm içən olmuşdu.
tanınır. Onu bəzən “Şəhər kənarında Çexov” da adlandırırlar.

John Cheever-in hekayələrindən ibarət toplu 1979-cu ildə bədii ədəbiyyat nominasiyası üzrə Pulitzer Mükafatına layiq görülüb.

İçkiyə meyli və biseksuallığı ilə mübarizədə uğursuzluğu Cheever-i həkimlərə üz tutmağa da vadar edib.

Həkimi onu “nevroz”, “özünəvurğun”, “eqosentrik”, “dostu olmayan" şəxs kimi xarakterizə edib.

Amma əvvəl-axır Cheever alkoqolizmlə mübarizəsində qələbə qazanır və bundan sonra bir tələbə oğlanla münasibəti yaranır...

12. O. Henry

O. Henry Amerika yazıçısı William Sydney Porterin öz əsərlərinə qoyduğu imzadır.

Həftəyə bir hekayə yazan bu məhsuldar yazıçı “O. Henry” imzası populyarlaşana qədər öz real kimliyini gizli saxlayırdı.

Biznesdə uğursuzluq, bədxərclik və nəhayət alkoqolizmə görə, yazıçı 1910-cu ildə səfalət içində vəfat etdi.

11. Tennessee Williams

Thomas Lanier Williams Amerika ədəbiyyatında görkəmli dramaturqlardandır. O, çoxlu sayda nüfuzlu teatr mükafatları da qazanmışdı. Ən məşhur əsərlərindən olan “Qızmış metal dam üstündə pişik” yazıçının həyatına aid olan avtobioqrafik məqamlarla doludur: homoseksuallıq, psixi qeyri-stabillik və alkoqolizm...

10. Dylan Thomas

Uels şairi Dylan Marlais Thomas 20-ci əsr poeziyasının ən görkəmli nümayəndələrindən sayılır.

O, spirtli içkilərə sevgisiylə öyünürdü və belə deyirdi: “Alkoqolik o adamdır ki, elə sizin içdiyiniz qədər içir, amma siz onu sevmirsiz”.

Thomas-ın səhhəti içkiyə görə sürətlə pisləşməyə başladı. Həkimi ona içkini tərgitmək barədə xəbərdarlıq etsə də, şair buna əhəmiyyət vermirdi.

1953-cü il noyabrın 5-də o, kafedə bir neçə bakal pivə içəndən sonra özünü pis hiss edir, xəstəxanaya düşür və 4 gün komada qalandan sonra noyabrın 9-da vəfat edir.

9. Dorothy Parker

Dorothy Parker amerikalı qadın yazıçı və şair idi. O, iti qələmə malik birisi idi və
Tennessee Williams

20-ci əsrin şəhər mədəniyyətinə öz baxışları vardı. Parker 3 dəfə ailə qurub (bunlardan 2-si eyni şəxslə olub), bir neçə dəfə intihara cəhd edib və yavaş-yavaş içkidən asılı vəziyyətə düşüb.

8. Edgar Allen Poe

Yazıçı Edgar Allan Poe Amerika Romantizm Hərəkatının öncüllərindəndir. O, özünün sehirli və qorxulu hekayələrilə tanınır. Poe 1849-cu ildə 40 yaşında Baltimorda vəfat edib. Onun nədən öldüyü bəlli deyil. Mümkün səbəblər arasında spirtli içki, intihar, vəba, narkotik vasitələr, ürək xəstəliyi və s göstərilir.

7. Truman Capote

Truman Capote daha çox “Tiffanigildə səhər yeməyi” əsəri ilə tanınır. Capote yazarkən davamlı olaraq martini və başqa alkoqollu içkilər qəbul edirdi.

O, Long İsland-da sərxoş halda maşın sürərkən pols tərəfindən saxlanır və alkoqolizmdən müalicə almaq üçün Connecticut-da bahalı bir klinikaya yerləşdirilir.

Capote 3-4 ay içkisiz də yaşaya bilirdi, amma sonra təzədən içki sevgisi alovlanırdı. O hətta televiziya verilişində də sərxoş halda iştirak etmişdi.

6. Jack Kerouac

Jack Kerouac Amerika roman yazarı, şairi və rəssamıdır. O, dostları William S. Burroughs və Allen Ginsberglə birlikdə Beat Nəslinin təmsilçisi kimi tanınır.

Kerouac 1969-cu ildə Floridada xəstəxanada ölüb. O, xəstəxanaya qarın nahiyəsində kəskin ağrılar hiss edəndən sorna təcili yardım xidməti vasitəsilə çatdırılıb.

Ölümün onu 47 yaşında haqlaması daxili qanaxmanın nəticəsi idi. Buna qara ciyər serrrozu səbəb olmuşdu, çünki yazıçı bütün ömrü boyu möhkəm içən olmuşdu.

5. William Faulkner

William Cuthbert Faulkner Nobel Mükafatı laureatıdır. Özü də, dostları da, ailə üzvləri də onun yazan zaman içki qəbul etmədiyini, içkinin yaradıcılığa müsbət təsir etmədiyini düşündüyünü bildirsələr də, indi bir çoxları inanırlar ki, Faulkner-in alkoqolizm problemi olub.

Belə hesab edirlər ki, Faulkner günbəgün artan şəxsi problemlərindən qaçmaq üçün içkiyə üz tutub.

4. Charles Bukowski

James Joyce

Henry Charles Bukowski Los Angeles-in ünlü şairlərindən olub. Onun atası Böyük Depressiya dövründə və sonra işsiz qalmışdı.

Atası evdə diktator idi və Henry-ni uşaq vaxtə həm döyür, həm də yağlı söyüşlərə “qonaq edirdi”.

Güman ki, Bukovski atasının ona verdiyi əziyyətlərdən xilas olmaq üçün 13 yaşında içkiyə qurşanır və bu, ömür boyu onu müşayiət edir.

3. F. Scott Fitzgerald

Şair, yazıçı Francis Scott Key Fitzgerald hələ kollecdə oxuduğu illərdən alkoqolik idi, 1920-ci illərdə içkiyə meylilikdə ad çıxarmışdı. Artıq 1930-cu illərdə şairin səhhəti korlanmışdı.

1940-cı il dekabrın 20-də o, infarkt keçirir. Bir gün sonra Fitzgerald öz həkiminin gəlişini gözləyərkən yıxılır və ölür. Onun 44 yaşı var idi.

2. James Joyce

İrlandiyalı James Joyce 20-ci əsrin ən nüfuzlu yazıçılarındandır. “Ulysses” (1922) onun ən populyar romanıdır.

Joyce uzun illər Dublində yaşayıb və həmin dövrdə spirtli içkilər qəbul edib. O, içəndən sonra yerli barlarda bəzən dava-dalaş da salıb.

1. Ernest Hemingway

Jurnalist, yazıçı Ernest Miller Hemingway də möhkəm içən olub.

Xüsusən də ömrünün son illərində içkiyə çox “bağlanıb” və həm fiziki, həm də psixoloji problemlərdən əziyyət çəkib.

1961-ci ildə ağır depressiyadan müalicə aldığı hospitaldan çıxıb və öz evində intihar edib.
XS
SM
MD
LG