Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:31

Pamuk yeni roman yazır: "Kafamda bir tuhaflık"


Boza
Boza
Feyziyyə Hacıyeva


Nobel mükafatlı türk yazarı Orxan Pamuk yeni roman yazır.

Roman işini itirən boza (Türkiyədə dənli bitkilərdən çəkilən qidalı içki) satıcısının hekayətini anladır. O, yaşadığı Konyanı tərk edib İstanbula üz tutur.

Roman hələ ki yazılma mərhələsindədir və müəllif əsərin süjeti haqda ətraflı məlumat verməyib.

Pamuk türk mətbuatına deyib:

"Öteki İstanbul'un, satıcıların, Gültepe, Kuştepe, Tarlabaşı gibi semtlerde yaşayanların ve Anadolu'dan göçenlerin, İstanbul'un o dokusunun romanı olacak. Böyle bir romandan bahsedince, hemen sosyal gerçekçilerin bahsettiği konular akla geliyor doğal olarak. Evet o konular ama ben tuhaf bir roman yazıyorum. Kitabın adı "Kafamda Bir Tuhaflık". Ama üzerinde daha çalışıyorum, zamanı var".

Yazıçı onu da bildirib ki, İstanbulda yaratdığı Məsumiyyət Muzeyində işlər yekunlaşıb, muzey açılışa tam hazırdır.

- Müzem bitti. Her an açabilirim. Bienal'den evvel açmayı düşündüm ama açmayacağım. Ders vermek için Amerika'ya gidiyorum şimdi. Açıldığında burada bulunmak, onun için çalışmak, kontrol etmek isterim. İki sene müzeyle uğraşırken mutsuz olduktan sonra şu an mutluyum artık. Son dört ay olağanüstü geçti. Kara Kitap'ı bitirmek gibiydi.

Məsumiyyət Muzeyində İstanbulun axır 50 ildəki tarixi şəhər əhalisinin istifadə etdiyi müxtəlif əşyalar, eləcə də fotolar, rəsmlərlə anladılacaq.

Həmçinin oxu
Orhan Pamuk üçün Istanbulda tikilən muzey də mübahisə doğurdu
Orxan Pamuk dövlətin yardımından imtina etdi
QİSMƏT. Məsumiyyət Muzeyi – “Eylüldə gələrsiniz”
XS
SM
MD
LG