Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:38

Türkiyə - Amerikanın dostu, ya problem mənbəyi?


U.S. -- President Barack Obama (R) and Turkish Prime Minister Tayyip Erdogan shake hands in New York, 20Sep2011
U.S. -- President Barack Obama (R) and Turkish Prime Minister Tayyip Erdogan shake hands in New York, 20Sep2011
“Yaxın Şərqin problem mənbəyi”, “Dostumuz türklər” və s. Amerika mətbuatı Türkiyə Baş naziri Receb Tayyib Erdoganın ABŞ-a səfərindən öncə həm Türkiyənin xeyrinə, həm də leyhinə çoxlu yazılar dərc edib. Türkiyənin xeyrinə olan yazılarda Erdoganın ölkədə apardığı siyasi və iqtisadi islahatlar, müsəlman demokratiya quruculuğuna nümunə olması, terrorla mübarizə və NATO ilə əməkdaşlığını tərifləyir.

Türkiyənin əleyhinə olan yazılar isə Ankaranın İsraillə olan münasibətləri, Fələstin məsələsində mövqeyi ilə bağlı olub. Bu yazılarda Erdoganı Yaxın Şərqdə populyarlıq qazanmaq naminə strateji müttəfiqi İsraillə münasibətlərini pozmaqda, İsraili “Qərbin dəsətklədiyi ərköyün oğlan” adlandırmaqla haqsızlıq etməkdə və bununla da ABŞ-ı da çox pis durumda qoymaqda ittiham edirdilər. Və ABŞ rəhbərliyini Türkiyəyə bu məsələdə doğru yol göstərməyə çağırırdılar.


OBAMA İSRAİLLƏ BAĞLI ERDOGANDAN NƏ İSTƏDİ?

ABŞ Prezidenti Barack Obama və Türkiyə baş naziri Receb Tayyib Erdogan arasındakı görüşdə İsraillə münasibətlər müzakirə olunub. Və rəsmi informasiya görə, ABŞ prezidenti Erdogandan İsraillə münasibətlərdəki gərginliyi azaltmağa çağırıb.

ABŞ-ın Yaxın Şərqdəki iki strateji müttəfiqi arasında münasibətlər 2010-cu ildə İsrail hərbçilərinin Qəzzaya humanitar yardım aparan türk gəmisinə hücumu və türk vətəndaşlarının öldürülməsindən sonra korlanıb. İsrail baş verənlərə görə üzr istəməyəcəyini dəfələrlə bildirəndən sonra Türkiyə hərbi əməkdaşlıq müqavilələrini dondurub, diplomatik münasibətləri isə ikinci katib səviyyəsinə endirib.

Ancaq Obama ilə Erdoganın görüşündə əsas müzakirə mövzusu terrorla mübarizə və başqa regional məsələlər olub.


PKK VƏ TERRORLA MÜBARİZƏ

Görüşdən sonra Obama Türkiyənin PKK terroruyla mübarizəsini dəstəklədiklərini və bu işdə Ankaraya yardım etməyə davam edəcəklərini bildirib.

"Mən Ankarada baş verən partlayışda həlak olanların yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Bilirəm ki istintaq davam edir, amma bu hal bir daha göstərir ki, terror dünyanın hər yerində böyük təhlükədir və Türkiyə ilə ABŞ terrorçuluğun qarşısında güclü əməkdaşlığını davam etdirəcəklər".

Sentyabrın 20-i Ankarada baş verən partlayışda 3 nəfər həlak olub, 15 nəfər yaralanmışdı. Daxili İşlər Nazirliyi terror şübhəsinin çox yüksək olduğunu bildirib. Bundan başqa son günlər PKK terrorçularının ölkənin müxtəlif yerlərində hücumlar təşkil edirlər.


ƏRƏB İNQİLABLARI VƏ SURİYA MƏSƏLƏSİ

Türkiyə və ABŞ rəhbərlərinin görüşündə əsas müzakirə mövzularından biri də regiondakı inqilablar olub. Xüsusən də Suriyada Bashar Asad rejiminin etirazçıalra divan tutmasını da müzakirə edilib.

ABŞ mediası amerikalıların Suriyada demokratiya qurulması məsələsində Ankaradan çox şey gözlədiklərini ifadə edir. Məsələn, Nyu-York Times qəzeti “Türkiyənin liderliyi” məqaləsində yazır ki, ən böyük müsəlman demokratiyasının rəhbəri kimi, Erdogan Suriyaya iqtisadi sanksiyaların tətbiq etməklə çox şeyə nail ola bilər. Qəzet iddia edir ki, görüşdə Erdogan Obamaya artıq Bashar Asad rejiminə güvənmədiyini bildirib, Obama isə ondan Suriya hakimiyyəti ilə əlaqələri kəsməsini istəyib.

İran məsələsinə gəldikdə isə, ABŞ İrandan gələ biləcək təhlükələrin qarşısını almaq üçün qurulan NATO-nun radar sistemini öz ərazisində yerləşdirməyə razılıq verdiyi, Əfqanıstan və Liviyadakı əməliyyatlara dəstək verdiyi üçün təşəkkür edib.
XS
SM
MD
LG