Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:36

Elmar Məmmədyarov: «Ermənistan «yenilənmiş Madrid prinsipləri»ndən imtina edib»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun vasitəçiləri Robert Bradke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə (Andrzej Kasprzyk) görüşüb.

Məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Görüş zamanı Elmar Məmmədyarov qeyd edib ki, Ermənistan tərəfi «yenilənmiş Madrid prinsipləri»ndən imtina edib və bununla da bütün sülh danışıqları prosesini təhlükə altına alıb:

«Əhəmiyyətli irəliləyiş yalnız o halda ola bilər ki, Ermənistan tərəfi Minsk qrupunun həmsədr ölkələrinin 2009-cu ilin dekabrında Azərbaycana və Ermənistana təqdim etdikləri rəsmi sənədi qəbul etsin».

Görüşdə mövcud status-kvonun həm Azərbaycanı, həm də beynəlxalq ictimaiyyəti təmin etmədiyi barədə ümumi anlayış ifadə olunub. Azərbaycan nizamlama prosesinin bir çox prinsipləri barədə əldə olunmuş qarşılıqlı razılığı əsas götürərək, sülh sazişi üzərində işə başlamağı təklif edir.
XS
SM
MD
LG