Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:53

Kəmaləddin Heydərov: «BBC böhtan atır»


Fövqəladə hallar naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov
Fövqəladə hallar naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov
“Son günlər BBC televiziyasının həm Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA), həm də Azərbaycan haqqında verdiyi məlumatlar böhtan xarakterlidir və onlar öz cavablarını alacaqlar. Kiminsə dediyinə əsaslanıb belə qeyri-ciddi bir məlumatı dünya ictimaiyyətinə ötürmək düzgün deyil”.

Bunu sentyabrın 25-də fövqəladə hallar naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov deyib:

“Buna görə onlar cavab verməlidirlər. AİBA-nın da, Azərbaycan Boks Federasiyasının (ABF) da əlində hər bir fakt var ki, bunların söylədiklərinin Dünya Boks Federasiyasına, o cümlədən ayrı-ayrı adamlara atılmış böhtan olduğunu təsdiqləsinlər. Bu baxımdan boksçularımızın da üzərinə məsuliyyət düşür. Onlar güclü çalışıb sübut etməlidirlər ki, söylənilənlər hamısı cəfəngiyatdır”.

Kəmaləddin Heydərovun sözlərinə görə, AİBA hazırda dünyada çox gözəl imicə malik olan bir qurumdur, “bunu edənlər onun dünyadakı imicini ləkələmək istəyirlər. Amma gücləri çatmaz”.

BBC-nin “Newsnight” televerilişiAzərbaycanın beynəlxalq boks təşkilatına (WSB - Ümumdünya Boks Seriyası) məxfi şəkildə milyonlarla dollar pul ödəməsinə dair sübutlar əldə edib.

BBC-nin məlumat mənbəyi iddia edir ki, Ümumdünya Boks Seriyasının rəhbəri də bunu təsdiqləyib. O deyib ki, pullar Azərbaycan boksçularının 2012-ci il Olimpiya oyunlarında iki qızıl medal qazanacaqlarına zəmanət müqabilində alınıb.
XS
SM
MD
LG