Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:37

«Eurovision» xərcləri, Bərdənin heyrət doğuran mənzərəsi...


Eldarla Nigar
Eldarla Nigar
AZƏRBAYCAN «EUROVISION»A ALMANİYADAN İKİ DƏFƏ ARTIQ XƏRCLƏYƏCƏK

«Azadlıq» qəzeti yazır ki, «hökumət Bakıda keçiriləcək «Eurovision-2012» yarışmasına ciddi hazırlıq işlərinin aparıldığını və bu tədbirin yüksək səviyyədə keçəcəyini deyir. Bəs bu müsabiqə ölkəmizə neçəyə başa gələcək? Bakıda yeni İdman-Konsert Kompleksinin tikilməsi ilə bağlı iyulun 7-də İlham Əliyev sərəncam imzalayıb. İyulun 11-də isə dövlət başçısı bu kompleksin tikintisini təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 6 milyon manat ayrılması haqqında sərəncam verib.

Nigarla Eldarın qələbəsinin səhəri gün həm rəsmi, həm də qeyri-rəsmi şəxslər Avropa Yayım Şurasına vədlər verdilər ki, Azərbaycan misli görünməmiş müsabiqə keçirəcək. Müsabiqənin keçiriləcəyi yerin məlum olduğunu nəzərə alsaq, xərclənən məbləğ ağlasığmaz dərəcədə çox olacaq. Tədbir «Crystal Palace»də keçiriləcək. Artıq tikinti ilə məşğul olan Avropanın nüfuzlu «Alpine» və İsveçrənin «Nussli AG» şirkətləri arasında razılaşma imzalanıb.

İqtisadçı Ramiz Orucov deyir ki, «Eurovision-2012» Azərbaycanda turizmin inkişafına böyük təsir göstərəcək. Təxmini hesablamalara görə, turist axınından turizm sektorunun gəliri təxminən 80 mln. manat təşkil edəcək.

AZƏRBAYCAN «ŞƏRQ TƏRƏFDAŞLIĞI» PROQRAMI ÇƏRÇİVƏSİNDƏ FƏAL ƏMƏKDAŞLIQ EDİR
«Şərq tərəfdaşlığı» ölkələrinin Varşava sammiti – 30 sentyabr 2011

«Azərbaycan» qəzeti yazır ki, «Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücündən, qüdrəti və resurslarından, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyinin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi xarici siyasətin prioritet məqsədləridir.

Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətlərini ildən-ilə inkişaf etdirməsi qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirildiyini təsdiqləyir».

BƏRDƏNİN HEYRƏT DOĞURAN MƏNZƏRƏSİ

«Bizim yol» qəzeti yazır ki, «Kolayır kənd xəstəxanası ikimərtəbəli binanın birinci mərtəbəsindədir. Üst mərtəbə nə qədər qəribə olsa da musiqi məktəbidir. Yəqin ki, xəstələrin başının üzərində şagirdlər musiqi alətləri ifa edirlər. Xəstəxananın içərisində nə xəstə, nə də həkim gözə dəyirdi. Burada ümumi dəhliz, kiçik mətbəx, ümumi palata, baş həkim, iynə və doğum otağı vardı. Doğum otağında lampalar yox idi, pəncələr sınıq, yataqlar isə bərbad idi - köhnəlmiş yataq örtükləri və sınıq çarpayılar yan-yana düzülmüşdü.

Yalnız baş həkimin otağı təmir olunub. İynə otağında dərman preparatlarının saxlanıldığı şkaf boş idi. Ümumi palataya daxil olanda, bir qadının yatdığını gördük. Gəlişimizi hiss edib oyanır. Onun xəstə olduğunu düşünsək də, növbətçi tibb bacısı
Kamran Əliyev
olduğu aydınlaşır!..».

SÜRÜCÜLÜK VƏSİQƏSİNİ HƏLƏ Kİ MAŞINDA SAXLAYIN

«Yeni Müsavat» qəzeti yazır ki, Azərbaycanda yaxınlarda sürücülük vəsiqəsi və avtomobilin texniki şəhadətnaməsinin (texniki pasport) icbari daşınması ləğv edilə bilər.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, yaxınlarda Gürcüstanda tətbiq olunan yenilik Azərbaycanda da reallaşa bilər.

Kamran Əliyev bildirib ki, şəxsin sürücülük vəsiqəsi, texniki şəhadətnaməsi və etibarnamə haqqında mərkəzi məlumat bazasında bütün məlumatlar yerləşdiriləndən sonra həmin sənədlərin sürücünün yanında olması bir o qədər də mütləq deyil.

«Sürücünün yol verdiyi qayda pozuntusu onun sürücülük hüququndan məhrum olmasına səbəb olursa, sürücülük vəsiqəsi alınır. Bu texnologiyalar tətbiq olunandan sonra hətta sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilmiş olsa belə, sürücü barədə məlumat bazasından məlumat alıb onu yol hərəkətindən kənarlaşdırmaq mümkün olacaq», - deyə K.Əliyev bildirib.
XS
SM
MD
LG