Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:35

20-lər ölkələri Avropadakı borc böhranını müzakirə edirlər


Parisdə böyük 20-lər ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü bu gün davam edir.

Görüşdə avro zonasındakı borc böhranı, vəziyyətdən çıxış yolları müzakirə olunur.

Başlıca suallardan biri Beynəlxalq Valyuta Fondunun öz ehtiyatlarını artırmasına ehtiyac olub-olmamasıdır.

Birləşmiş Ştatların maliyyə naziri Timoty Geithner borc böhranıyla mübarizə aparmaq üçün Beynəlxalq Valyuta Fondu və Avropa Birliyinin ehtiyatlarını kifayyət sayır.

O bildirib ki, böyük 20-lər ölkələri bu istiqaməttə Avropa Birliyi ölkələrindən dəqiq öhtəliklər gözləyir.

Almaniyanın kansleri Angela Merkellə ABŞ prezidenti Barack Obama cümə günü telefonla Avropadakı iqtisadi vəziyyəti müzakirə ediblər.

ABŞ rəsmilərinin məlumatına görə, Obama Avropa Birliyindəki vəziyyətin Birləşmiş Ştatlara təhlükə olduğunu deyib.
XS
SM
MD
LG