Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:45

Ukraynanın çılpaq qadınları Sürixdə nəqliyyatın hərəkətini dayandırıblar


Femen-in fəalları İsveçrədə etiraz aksiyasında, 10 noyabr 2011
Femen-in fəalları İsveçrədə etiraz aksiyasında, 10 noyabr 2011

Ukraynanın feminist qadın təşkilatı olan Femen-in dörd fəalı noyabrın 10-da İsveçrənin paytaxtı Sürixdə nəqliyyatın hərəkətini dayandırıblar. Onlar şəhərin mərkəzindəki yolayrıcında çılpaq şəkildə dayanıb üstlərinə də “5.99 dollar, Ukrayna istehsalı” sözlərini yazıblar.

Onlar bu aksiyanı keçirdikləri yerin yaxınlığında adətən fahişələr toplaşırlar.
“Qadın ticarət malı deyil!” şüarları səsləndirən Femen fəallarının çılpaq aksiyasına toplaşan fotoqrafların çoxluğundan yolda hərəkət dayanıb.

İsveçrədə fahişə qadınların çoxu Şərqi Avropanın kasıb ölkələrindən və LAtın Amerikasından gələnlərdir.

Femen-in qadın fəalları oktyabrın sonundan başlayaraq Romada, Parisdə və başqa şəhərlərdə çılpaq aksiyalar keçirərək qadın hüquqlarının müdafiəsinə dair şüarlar səsləndiriblər.
XS
SM
MD
LG