Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:29

Cavanşir Yusifli. Postmodernist KİMDİR? (2-ci yazı)


Cavanşir Yusifli
Cavanşir Yusifli
"Oxu zalı"nda başladığımız "Postmodernizm" layihəsi çərçivəsində Cavanşir Yusiflinin yazıları...


Cavanşir Yusifli

POSTMODERNİST KİMDİR?
(İkinci məqalə)

əvvəli burda

Hər bir təhkiyə həmişə şərh tələb edir (həm müəllifi, həm də resipient tərəfindən) və elə buna görə reallığı eyni zamanda nəinki təqdim edir, həm də onu insanın təxəyyülündə bir növ yaradır və emal edir, yəni “reallıq yaradır”, ancaq eyni zamanda bu reallıqdan asılı olmadığını təsdiq edir.

Başqa sözlə desək, təhkiyə dünyanı hansı dərəcədə açırsa, o dərəcədə də gizlədir (örtür-!) və təhrif edir.

Bu məqamda təhkiyənin xüsusi funksiyası – təhkiyə biliyi meydana çıxır.

Liotardan fərqli olaraq Amerikan tədqiqatçı (F.Ceymson- C.Y.) hesab edir ki, metatəhkiyələr izsiz keçib-getmir, insanlara təsir etməkdə davam edir, bu halında hər şeydə olan, ancaq görünməyən “hakim ideologiyanın iradəsi” kimi mövcud olur.

Postmodernist fəlsəfənin xarakteristikaları arasında hər bir ayrıca mətnin həmişə

İlk baxışdan dekonstruksiya heç bir təyinə yatmır. Dekonstruksiyanın strategiyası bir çox cəhətdən istənilən təyindən, nəyəsə dirənib qalmaqdan, ümumən özünə münasibətdə istənilən izahdan qaçmaqdır.

müxtəlif səviyyələrdə bütün digər mətnləri içinə alan intertekst kimi mövcud olmasını təsdiqləyən intertekstuallıqdır.

Exokamera prinsipi bunun praktik analoqudur, buna uyğun olaraq hər bir mətn müəyyən dərəcədə bütün digər mətnlərin əksi və əks-sədasıdır.

Beləkilə, posmodern estetikada dünya nəhəng, bitib-tükənməyən mətn kimi götürülür: burada, bu mətnin hər bir hüceyrəsi vaxtilə deyilənlərdən hörülüb, yeni nəsnəni yalnız kaleydoskop prinsipi ilə tapmaq mümkündür.

Artıq deyilmiş kəlmələrin gözlənilməz kombinasiyası yeni söz yaradır. Rolan Barta görə “istənilən mətn” başqa bir mətnin əks-sədasıdır (chambre d'echos)

Postmodernist diskursun mühüm xarakteristikası kimi mətni digər əsərlərdən götürülən sitatlar əsasında qurmaq imkanını bildirən sitat prinsipidir, o cümlədən hər hansı predmetlə bağlı müxtəlif baxışların eyni dəyərə malik olmasını bildirən multiperspektivizmdir.

Görmək olar ki, postmodernizmin sadalanan postulatları şüursuzluq sahəsinin xüsusiyyətlərini əks etdirir, onların arasında işarələrin kombinasiya sərbəstliyi mühüm yer tutur. Seçimsizlik və kollaj prinsipləri, məsələn təhkiyə fraqmentlərinin mütləq dərəcədə sərbəst birləşməsini, eklektizm və metatəhkiyəyə inamsızlıq isə işarələrin belə bir sərbəstliyini əsaslandırır.

Şüursuzluğun daim damar kimi atan reallığını şərtləndirən sitatvermə və multiperspektivizm prinsipləri də fraqmentlərin sərbəst birləşməsi ilə əlaqəlidir. Şüursuzluğun bu xassəsi, məsələn, onun bütün mümkün imkanların kontinuumu kimi mövcudluğunu göstərən, ancaq onların heç birinə uyğun gəlməyən davamlılıq postmodernizmin əsas prinsipləri olan intertekstuallıq və exokameranın əsası kimi öyrənilə bilər.

Postmodernist fəlsəfənin digər mühüm prinsipləri bu fəlsəfənin quruluşunun xaotikliyini və eklektikliyini deyil, onların ifrat şəxssiz xarakterini əks etdirir.

Bu prinsiplər arasında hər şeydən qabaq “müəllifin ölümü” postulatını göstərmək olar, bu postulata uyğun olaraq əsərin müəllifi konkret bir şəxs kimi deyil, hansısa məkan (ola bilsin ki, bəlkə də boş məkan-!) kimi şərh edilir, bu məkan vasitəsi ilə adı çəkilən mətndə mədəniyyətin zənginliyi proyeksiyalana bilər. Bu tipin başqa bir postulatı “subyektin ölümüdür” ki, buna uyğun olaraq təkcə müəllif deyil, oxucu da real mövcudolma şərtlərinin ilkin əlamətlərini itirir.

Onlara təfəkkürün sonsuz biyabanı, yaxud mədəniyyətin bir hüceyrəsi kimi baxılır. “Romanda xarakterin əriməsi” kimi tanınan digər postulat ənənəvi təhkiyənin fokusu sayılan personajın xarakterinin silinib getməsidir.


Jacques Derrida
Jacques Derrida
Postmodernist fəlsəfənin sadalanan prinsipləri fikrimizcə şüursuzluq sahəsinin təşkilinin subyekt-obyekt oppozisiyasına münasibətdə neytrallıq və subyekt və obyektin dəqiq cizgilərinin olmaması kimi mühüm prinsiplərlə bağlıdır.

Bu fikirlər Bodriyarın mülahizələri ilə bir neçə məqamda səsləşir, o da öz növbəsində fəlsəfənin bu prinsipini (“müəllifin ölümü”) şüursuzluq nəzəriyyəsi ilə izah edir. Şüursuzluq ideyasından bəhs edərkən Bodriyar təsdiq edir ki, “o, şüurun pozitiv obyekt və subyektinin yerinə sonsuza qədər itirilmiş obyekti və həmişə əldən sürüşən subyekti qoyur”.

Beləliklə, görmək olar ki, postmodernizmin fəlsəfəsi şüursuzluq sahəsinin nəzəri əksidir və onun əsas xüsusiyyətləri bu sferanın özünün təşkili prinsipləri ilə müəyyən edilir.

Sonra belə bir mülahizə yürütmək olar ki, şüursuzluq sahəsini təkcə onun ənənəvi psixoloji anlamına uyğun şəkildə başa düşmək kifayət etmir, onu hətta bütün bəşəriyyətə xas olan sfera kimi deyil, hər şeydən qabaq ontoloji statusa malik olan sahə kimi anlamaq gərəkdir.

Hesab edirik ki, məsələn Dekartın fəlsəfəsində olduğu kimi, dünyanın “dərk edən” (subyekt, şüur) və “cəzb edilən” (fiziki dünya, obyekt) hissələrə bölünməsi təkcə əşyaların səthini göstərir, ancaq dünyanın dibi ilə bağlı olaraq vahid reallıqdan bəhs etmək daha yerinə düşərdi (Spinozada olduğu kimi).

Bunun sübutu olaraq Qrofun eksperimentlərini göstərmək olar, o, göstərirdi ki, şüur öz dərinliklərində kainatın əsasları ilə çarpazlaşır. Şüursuzluq sahəsinin reallıqla üst-üstə düşməsindən danışmaq olar, bu da fiziki dünyanın əsasında durur və uyğunluq prinsipindən istifadə etməklə kvant fizikasında əksini tapır, bu prinsipə uyğun olaraq şüur sahəsi, elə klassik fizikanın sahəsi kimi daha dərin mahiyyətlərin ifadəsidir.

Şüursuzluq sahəsi bir sıra əlamətlərin əsasında kvant reallığı ilə eyniləşdirilə bilər: subyekt-obyekt münasibətlərinin bölünməzliyi, bütün mümkün imkanların kontinuum kimi mövcudluğu. Tamamlama və qeyri-müəyyənlik prinsiplərinin fəaliyyəti, “xüsusi” kvant məntiqinin və simvolik-obrazlı dilin mövcudluğu.

Hesab edirik ki, şüursuzluq sahəsi reallıq kimi kvant gerçəkliyinin obrazında mövcuddur - bu da sonsuz vəziyyətlərin əvəz edilməsidir.

Deyilənlərlə bağlı olaraq görmək olar ki, postmodernist fəlsəfə özündə həm şüursuzluq sferasına, həm də ona uyğun gələn kvant reallığına xas əlamətləri daşıyır. İndi isə Derridanın dekonstruksiyasına baxaq.

İlk baxışdan dekonstruksiya heç bir təyinə yatmır. Dekonstruksiyanın strategiyası bir çox cəhətdən istənilən təyindən, nəyəsə dirənib qalmaqdan, ümumən özünə münasibətdə istənilən izahdan qaçmaqdır.

Postmodernist fəlsəfənin bir sıra tədqiqatçılarının fikrincə, dekonstruksiya tez anlama bucağına sığmır, onun bir metod, prosedura, strategiya, yaxud analiz kimi təqdim edilməsi yanlışlıqdır. Ancaq bütün bu deyilənlər qismən doğrudur.

Dekonstruksiyanın təyin edilməsi problemi bizə fizikanın XX əsrin əvvəllərində üzləşdiyi problemi xatırladır, o zaman fizika kvant reallığını əxz etməyə cəhd göstərirdi, bu zaman ifadənin dil vasitələrinin çatışmazlığı aşkara çıxdı. Fikrimizcə, ənənəvi təsvirə sığmayan dekonstruksiya prinsipi öz növbəsində kvant nəzəriyyəsində analoqu olan şüursuzluğun psixoloji əsaslarının vasitələri ilə təsvir edilə bilər.

Belə ki, Derridanın dekonstruksiya prinsipinin ən mühüm əlamətlərindən biri ənənəvi binar oppozisiyaları dağıtmaqdır.


Postmodernist yazar Vladimir Nabokov
Postmodernist yazar Vladimir Nabokov
Derridanın dekonstruksiyası ənənəvi fəlsəfə üçün mühüm əhəmiyyət kəsb edən oppozisiyaları məhv edir ki, (ruh-bədən, insan/heyvan, forma/materiya, həqiqət/yalan, fəlsəfə/qeyri-fəlsəfə, nitq/yazı) bu da onun yaradıcılığının tədqiqatçıları tərəfindən təsdiq edilib.

Hesab edirik ki, fəlsəfənin ənənəvi oppozisiyalarının dağıdılmasında Derrida açıq-aşkar şüursuzluq və kvant nəzəriyyəsinin təşkilinin əsasında duran prinsipi ifadə edir, buna uyğun olaraq şüur, subyekt, obyektin əsas sahələri arasında qütblər nisbidir və silinib. Klassik oppozisiyanı silib aparan dekonstruksiya prinsipi fikrimizcə şüursuzluq sahəsinin xüsusi təşkildir.

Bundan başqa, görmək olar ki, dekonstruksiya prosesi və ona əsaslanan Derridanın əsərlərinin qurulma metodu və üslubu, hansısa üzən, nəbz kimi döyünən şeyin hərəkəti və onunla bağlı olan fikrin assimmetrikliyi, yarımçıqlığı, qeyri-müəyyənliyi və ifadə olunmazlığı, mətnin əvvəli və sonu qeyb etdiyi özünəməxsus fırlanmanı bildirən arasıkəsilməz və spontan qarışmanı təqdim edir. Bütün bunları şüursuzluq sahəsinin xarakteristikaları ilə uyğunlaşdırmaq mümkündür.

Bundan başqa, J.Derrida əsərlərinin düşüncə metodu və üslubunun məlum xüsusiyyətləri dinamiklik, müxtəlif birləşmələrin yaranmasına gətirib çıxaran işarələrin kombinasiya sərbəstliyi kimi şüursuzluğun keyfiyyətlərindən doğub.

J.Derridanın mətnləri bundan başqa hansısa amalqamanı, daimi qarışmanı bildirir, burada ədəbi və fəlsəfi dil qarışır və hər an mətnin mənaya qarşı oyunu baş verir, bu da öz növbəsində elementlərin sərbəst birləşməsi və müxtəlif işarələrin qarışması prinsipinə əsaslanan şüursuzluq sahəsinin funksiyalarını xatırladır.
Postmodernist fəlsəfədə, xüsusən Delezin yaradıcılığında metafora nəzəriyyənin, həm də ayrı-ayrı mətnlərin təşkiledici mərkəzidir.

Delezin “Büküşlər. Leybnits və barokko” kitabını göstərmək olar. Bu əsərdə postmodernizm üçün səciyyəvi olan, müxtəlif və fərqli fəlsəfi ənənə və təlimlərə aid olan obrazların qarışmasından ibarət olan prinsip üzə çıxır.

Bir tərəfdən Delez sadəcə Leybnitsin təlimini şərh edir, digər tərəfdən isə Leybnits fəlsəfəsinə orijinal baxışını ifadə edir və belə bir orijinal baxışın gerçəkləşməsində əsas rol metaforaya məxsusdur. Bu kitabın adındakı “büküşlər” metaforasını götürmək olar.

Bu söz fransız dilində paltar biçmə anlamına uyğun gəlir. O, hansısa maddi və mənəvi məkanın simvolik işarəsidir.

Delezin baxdığımız əsərində memarlıq metaforaları üstünlük təşkil edir və büküş obrazını memarlıq stili olan barokko kimi nəzərdən keçirmək olar. Bu kimi memarlıq metaforalarının işığında Delez Leybnits fəlsəfəsinə yeni baxış təklif edir. Bu anlamda, Delez reallığı barokko üslubunda qurulmuş baxış bucağı kimi təsvir edir - onun birinci mərtəbəsi maddi büküşləri, ikincisi isə mənəvi qatları əks etdirir.

Delez Leybnitsin təsvir etdiyi reallığın alternativ təsvirini təklif edir və deyir ki, o, böyük maddi özülü və iti uclu qübbəsi olan konusvari günbəz kimi təsəvvür edilə bilər. Delezin Leybnits reallığının təsvirində istifadə etdiyi digər memarlıq metaforası bu reallığı müxtəlif büküşlərdən təşkil edilən labirintdir.
Delez eyni zamanda metaforaların köməyi ilə Leybnitsin monadalarını təsvir edir və göstərir ki, onların yaradılmasında əsas rolu memarlıq obrazları oynayır. Yazır ki, monadanı və onun daxili sistemini barokko sənəti ilə əlaqəli öyrənmədikcə anlamaq mümkünsüzdür.

Xatırladaq ki, məsələn, Leybnits fəlsəfəsinin ilk baxışda qəribə prinsipi: “monadalarda pəncərə yoxdur”, bu da barokko memarlığının prinsipləri əsasında asan anlaşıla bilər. Belə ki, barokko memarlıq prinsiplərinə uyğun olaraq yan tərəfdən işıq otaqlara hətta buranın sakinlərinin də görmədiyi tavan məsamələrindən süzülürdü. Delez üçün “monada hücrə kimi bir şeydir, keşiş cübbələrinin saxlandığı yerdir, atomdur, pəncərəsiz və qapısız otaqdır, burda bütün hadisələr daxilidir”.

(ardı var)

Həmçinin oxu
Məşhur postmodernistlər: Nabokovun mühacirət oyunları
Postmodernizm haqqında mümkün qədər sadə dildə
Robert B.Rey. POSTMODERNİZM NƏDİR?
XS
SM
MD
LG