Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:44

Məhbusların vəziyyəti necədir?


"O bizi həbsinə hazırlamışdı"
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00
Direct-ə keçid

Həbs olunmuş hüquq müdafiəçisi Vidadi İsgəndərlinin ailəsindən Ülkər Akifqızının videoreportajı

Müxalifətin İctimai Palatasının 2 aprel aksiyasında saxlanmış 14 müxalifətçi hazırda həbsdədir. Elələri var ki, ailəsinin dolanışığı, güzəranı ondan asılı idi. Azadlıqdan məhrum olunandan sonra ailəsi də gəlirdən məhrum olub. AXCP-nin 2 aprel mitinqi ərəfəsində həbs olunan üzvü Şahin Həsənlinin ailəsi kimi...

HƏR DƏFƏ 80-100 MANAT LAZIMDIR

Həyat yoldaşı Zülfiyyə Həsənli deyir ki, 3 azyaşlı uşağına baxdığı üçün işləmək imkanı yoxdur. Həbsxanaya həyat yoldaşına baş çəkmək üçünsə hər dəfə 80-100 manat pula ehtiyacı yaranır:

«Hələ ki, yoldaşlar, qohumlar, tanışlar kömək edir birtəhər. Amma getdikcə o kömək də azalır. Elə vaxt olur ki, Şahinin yanına gedə bilmirik. Gedəndə, bazarlıq etmək, ona ərzaq aparmaq, nə bilim, pul vermək lazımdır. Özü mühasib idi, o dərəcədə də qazanmırdı. İndi o gəlir də kəsilib. Gəliri olmayan, işləyəni olmayan ailə necə dolanar?».

Məhbus hüquq müdafiəçisi Vidadi İsgəndərli də ailəsinin yeganə işləyən üzvü olub. İndi həyat yoldaşı 2 qızı ilə birlikdə qohum-qonşunun ümidinə qalıb.
Vidadi İsgəndərli
Vidadi İsgəndərli
Qardaşı Oqtay İsgəndərli deyir ki, rayonlarında siyasi məhbuslara yardım etmək istəyənlər çoxdur, amma gizlicə:

«HAMI GİZLİ KÖMƏK ETMƏK İSTƏYİR»

«Siyasətlə məşğul olan adamların ailə üzvlərindən işləyəni çox azdır, yoxdur, onlar cəmiyyətdə hər cür təqib olunur. Heç bir yerdən də yardım yoxdur, cüzi yardım qohum-əqrəbadandır. Haradasa 6 aydır bu proses davam edir. Rayonda məhbus ailələrinə hamı kömək etmək istəyir. Amma insanlarda bir xof var ki, kömək edənləri axtarıb taparlar, təzyiqlər olar. Amma gizli surətdə hamı kömək etmək istəyir».

Gənc fəal, Harvard Universiteti məzunu Bəxtiyar Hacıyev isə ailə üzvləri və dostları ilə həftədə bir dəfə görüşür. Anası Solidə Hacıyeva deyir ki, onu daha çox narahat edən digər gənc fəal, narkotik saxlama ittihamıyla həbs olunmuş Cabbar Savalanın ailəsinin maddi durumudur:

CABBARIN AİLƏSİ...

Solidə Hacıyeva
Solidə Hacıyeva
«Adi müəllim ailəsiyik, müəllim ailələri necə dolanırsa, biz də elə. Övlad məhəbbəti isə maddi duruma baxmır. Bir həftə də tək qoymamışıq, hər həftə getmişik yanına. Biz pensiya alırıq, Bəxtiyarın qardaşı işləyir.

Cabbarın ailəsi ilə tanışam. Qardaşı tələbədir, anası təkdir, işləmir. Belə şəraitdə özümüzün çıxarımıza baxıb hər dəqiqə onları fikirləşirəm. Türməyə çörəyi necə aparsın? Evə heç yerdən pul gəlmir...».

İctimai Palatanın təşəbbüsü ilə bir neçə ay əvvəl Məhbuslara Yardım Fondu yaradılıb.

«1 000 MANATDAN ÇOX PUL TOPLANMAYIB»

İctimai Palatanın üzvü Vidadi Mirkamal AzadlıqRadiosuna deyir ki, Fondun «AccessBank»dakı hesabına az da olsa pul daxil olur:

«Çalışırıq ki, ailələr boş qalmasın. Elə Qurban bayramında da çalışdıq ki, onlara bayramlıq edək».

Vəkil Vidadi Mirkamal deyir ki, bank hesabına çox böyük ehtiyac var. Çünki Azərbaycan kimi ölkədə bəxtinə müxalifətçilik düşmüş insanların taleyi kasıblıqdır. O, əlavə edir ki, hesaba toplanan məbləğ ayrı-ayrı vaxtlarda müxtəlif olur. Deyir ki, orada ən çox vəsait heç 1000 manata çatmır.
XS
SM
MD
LG