Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:50

«Rafiq Tağını ölümdən kitab xilas edib»


Rafiq Tağı danışdı
Gözlə
Embed

No media source currently available

0:00 0:02:13 0:00
Direct-ə keçid
«Rafiq Tağının sinəsinə sıxdığı kitab onun ürəyinə yönələn zərbəni yayındırıb. Bıçaq kitaba dəyib, kitabı keçib, ürəyinə çatmayıb. Niyyət Rafiq Tağını məhv etmək olub, bu, təşkil olunmuş məsələdir».
Xəstəxanada yazıçı Rafiq Tağıya baş çəkən sənət dostlarından naşir Şahbaz Xuduoğlu AzadlıqRadiosuna belə deyib. Şahbaz Xuduoğlunun fikrincə, yazıçıya hücumda hansısa qüvvələrin əli var:
«Həmişə səs-küy yaradan, fərqli bir münasibət sərgiləyən yazıçıya hücum təsadüfi ola bilməz. Hər halda biz rəyi hüquq-mühafizə orqanlarından gözləyirik. Təqiblərə, təzyiqlərə, hücumlara və qətllərə məruz qalmış adamlarla bağlı açılmış cinayət işləri heç zaman uğurlu nəticə ilə yekunlaşmayıb. Ümid edək ki, Rafiq Tağıya olan hücumun arxasında dayanan qüvvələr bəlli olacaq».

RAFİQ TAĞI DANIŞDI - VİDEO
Yazıçı Əkrəm Əylisli deyir ki, hadisənin motivləri rəsmi olaraq açıqlanmadığı üçün bu barədə heç bir fikir bildirmək istəmir:
«Heç nəyi tələm-tələsik obyektiv vəziyyətindən çıxartmaq olmaz. Buna sadəcə şübhələnmək olar. Bunları ancaq təsəvvür etmək olar, indidən fikir demək olmaz».
Rafiq Tağının bıçaqlanması xəbərini eşidər-eşitməz xəstəxanaya gələn həmkarı Baba Vəziroğlu deyir ki, bu sui-qəsdə ciddi səbəb görmür:
«Son vaxtlar bu hadisəyə səbəb ola biləcək bir yazı yazmamışdı. Bu hadisə çox illər əvvəl olsaydı, deyərdim ki, səbəblər, ehtimallar ola bilərdi. Ona görə ağlıma heç nə gəlmir, deyirəm, bəlkə, adi bir məişət xuliqanlığıdır və s... Yəni ciddi bir səbəb görmürəm».
Yazıçı Rafiq Tağı noyabrın 19-u axşam saatlarında bıçaqlanıb. 1 saylı Bakı Klinik xəstəxanaya yerləşdirilən yazıçının bədənində 6 bıçaq deşiyi olub. Faktla əlaqədar Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb.
XS
SM
MD
LG