Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:45

Orxan Orxanov. Anna karenina`nın qol saatı


anna karenina`nın qol saatı

qatar gecikir
anna karenina qol saatına baxır
soyuyur
kimsədən icazə almadan
yarıya qədər yeyilmiş hamburger.

qırılmış dırnağın ağısını oxuyan sərçələr
əsgərlərin dabanları yeyilmiş çəkmələrinə vurulur.

bu külək mənə tanış gəlir…

kimsə dənizə tələsir
kimsə pəncərələrə çırpılmağa
mən hardan biləydim ki,
körpüdən aşağı atlanmaq yağışın yoludur.

qış fəslində tanış bir sifətə rast gəlməyin mümkünsüzlüyü
yaşamağın ən ağrılı intihar olduğunu göstərməliydi bizə
görmədik.
biz.
gözlərini həyat iynəsi ilə tikmişlər.

mən səmaya tələsirəm
tanrı bulud payımı doğrayıb…
masanın bir qırağında köhnəlir həyat.

bax daha bir ömür darıxmaqla keçir
sanki baş ağrıları da yağışı düşünür.

bəzən
tikanlı məftilləri əvəz edir nəmli baxışlar
ovuclarımı açıram
gəldiyi yolla geri qayıtmağı bacarmayan
yolunu azmış yağış damcıları kipriklərimə ilişir
XS
SM
MD
LG