Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:43

Rafiq Tağının evini polis mühafizə edir


Rafiq Tağı
Rafiq Tağı
Daxili İşlər Nazirliyi Rafiq Tağının ailəsinə mühafizə ayırıb. Mərhumun qardaşı Rafael Tağı AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, mühafizə üçün ailə özü müraciət edib.
“Nazirlik də dərhal reaksiya verdi. Artıq 4 gündür ki, polislər günün 24 saatı evin qarşısında dururlar”.
Ailə üzvləri təhlükəsizlikləri ilə bağlı narahat olsalar da, xarici ölkədən sığınacaq istəməyiblər. Bunu da Rafael Tağı deyib:
“Biz dövlətə müraciət etmişik ki, təhlükəsizliyimizi təmin etsinlər. Xaricə getmək üçünsə hələ müraciət etməmişik”.
İstintaq qrupunun üzvləri bu günlərdə Rafiq Tağının ailə üzvlərindən və yaxınlarından ifadə alıblar:
“Bizə istintaqla bağlı hər hansı açıqlama verməyiblər. Deyirlər ki, istintaq sirridir, amma istintaq gedir. Son 3 gündə bizim hamımızdan ifadə alıblar. Həm hadisə günü baş verənlər, həm xəstəxanada rəhmətə getməsi, həm də özü haqda suallar verirlər. İndi prezident də, baş prokuror da, nazir də bu işi nəzarətə götürüb. Amma bizə heç nə demirlər”.
Rafiq Tağı noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanıb, bir neçə gün sonrasa xəstəxanada vəfat edib.
Yazıçı, publisist hakimiyyəti və dini mövhumatı tənqid edirdi.
XS
SM
MD
LG