Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:54

Moskvada kütləvi etiraz aksiyası (VİDEO)


Moskvada kütləvi həbslər
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00
Direct-ə keçid

Dekabrın 6-da Duma seçkilərinin nəticələrində etiraz edən minlərlə adam Moskvanın Triumfalnaya meydanına toplaşmışdılar. Moskva polisi bütün gün ərzində icazəsiz aksiyanın qarşısını almağa çalışırdı, lakin adamlar dağılışmır, "Putinsiz Rusiya" şüarı qışqı

Moskvada seçkinin saxtalaşdırılmasına qarşı aksiyalar keçirilir.

300-dən çox adamın saxlandığı xəbər verilir.

Müxalifət liderləri Boris Nemtsov, Eduard Limonov, Sergey Mitroxin, “Memorial” hüquq müdafiə mərkəzinin rəhbəri Oleq Orlov və jurnalist Bojen Rınsk da onların arasındadır.

Həmçinin hökumətpərəst gənclər təşkilatlarının üzvləri qələbə münasibətilə mitinqə çıxıblar.

Onlar “ Putin Rusiya” və “Medvedev Qələbə” şüarları səsləndirirlər.

Bundan başqa hakim partiyanın 10 minə yaxın tərəfdarı Qələbə meydanında qələbəni qeyd ediblər.

Həmçinin ölkənin digər şəhərlərində seçkinin saxtalaşdırılmasına qarşı kütləvi nümayişlər keçirilir.

Sank-Peterburqda yüzlərlə müxalifətçi şəhər məclisinin qarşısına axışıb.

Azı 60 adamın saxlandığı xəbər verilir.

Rastov-Donda isə polis aksiya keçirilməsinə imkan verməyib.

15 aksiyaçının polis bölməsinə aparıldığı bildirilir.


***

Rusiya paytaxtı Moskvada seçkinin elan edilən ilkin rəsmi nəticələri ilə razılaşmayanların planlaşdırdığı icazəsi etiraz aksiyasına görə gərgin vəziyyət yaranıb. Müşahidəçilər bugünlər Rusiyada son 10 ilin ən kütləvi etirazlarının keçirildiyini bildirirlər.
İnternetdə sosial şəbəkələrdə müxalifət qrupları tərəfdarlarını Moskvada və başqa şəhərlərdə etiraz aksiyalarına qoşulmağa çağırıblar.

MOSKVAYA DAXİLİ QOŞUNLAR YERDİLİB

Moskvaya Daxili Qoşunların əlavə bölmələri yerləşdirilib. Daxili İşlər Nazirliyi isə ictimai asayişin qorunması üçün onsuz da dekabrın 1-də gücləndirilmiş iş rejimində işlədiklərini bildirib. “Kommersant” qəzetinin məlumatına görə payutaxta əlavə 50 min nəfərlik polis və 11500 nəfərlik daxili qoşun qüvvələri yerləşdirilib.

Dünən Moskvada seçkinin nəticələrinin saxtalaşdırıldığını deyən müxalifət fəallarının etiraz aksiyasında 300 nəfərə yaxın adam həbs edilib.

HAKİMİYYƏT TƏRƏFDARLARI İLƏ MÜXALİFƏT FƏALLARI ÜZ-ÜZƏ

Dekabrın 6-da Moskvada həm də hakim Vahid Rusiya Partiyasının liderlərindən olan Boris Qrızlovun rəhbərliyi ilə qələbə mitinqi keçirilib.

Üçüncü bir gənclər təşkilatı da Baş nazir Vladimir Putinə dəstək mitinqi keçirib.
Axşam müxalifətçilərin mitinqinə imkan verməyəcəyini deyən Kremlyönümlü gənclər təşkilatının təmsilçiləri də mitinqin təyin edildiyi Triumfalnıy meydanına toplaşıblar.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə ötən bazar keçirilmiş parlament seçkisi üzrə bülletenlərin artıq 100 faizi sayılıb. Və hakim Vahid Rusiya Partiyası 49,3 faiz səslə birinci yerdədir.

HAKİM PARTİYA 70 MANDAT İTİRİB, PUTİN HÖKUMƏTDƏ DƏYİŞİKLİKLƏR VƏD EDİR

Elan olunan ilkin rəsmi nəticələrə görə 450 yerlik Rusiya Dumasındamandatların 238-ni hakim Vahid Rusiya Partiyası qazanıb. Amma bundan əvvəlki seçkidə bu partiyanın əldə etdiyi mandatların sayı 310 idi.

Bu gün Vahid Rusiya Partiyasında keçirdiyi görüşdə Baş nazir Vladimir Putin vətəndaşların dəstəyinin bir hissəsini itirdiklərini etiraf edib:

- Dövlət Dumasının tərkibində ciddi dəyişiklik baş verir. Bu artıq faktdır. Növbəti seçki isə prezident seçkisidr və yeni hökumət formalaşmalıdır. Əvvəllər də dediyimiz kimi hökumətin də tərkibində ciddi dəyişikliklər olacaq.

MÜXALİFƏT HAKİM PARTİYANIN ƏSLİNDƏ DAHA ÇOX MANDAT İTİRDİYİNİ İDDİA EDİR

Müxalifət liderləri isə iddia edirlər ki, hələ seçki saxtalaşdırılmasaydı, hakim partiyanın itkiləri daha çox olardı. Müxalifət liderlərindən Vladimir Ryzhkov hesab edir ki, Vahid Rusiyanın real səsi əslində 35 faizdən çox deyil:

- Seçki qutularını topa büllütenlərlə doldurmaq, protokolları saxtalaşdırmaqla nəticələri azı 10-15 faiz dəyişiblər. Əslində hakim partiyanın səsi 35 faizdən yuxarı deyil.

DUMADA İLKİN KRESLO BÖLGÜSÜ

MSK sədri Vladimir Çurov dekabrın 6-da prezident Dmitry Medvedevlə görüşü zamanı isə ilkin rəsmi nəticələrə əsasən Dumada mandatların sayının bu şəkildə paylandığını bildirib:

- Vahid Rusiya Partiyası – 238 mandat.
- Rusiya Kommunist Partiyası – 92 mandat.
- Liberal Demorkat Partiyası – 56 mandat.
- Ədalətli Rusiya – 64 mandat.

MSK-nın məlumatına görə seçkiyə qatılan Yabloko, Rusiya Vətənpərvərləri və Doğru İş partiya və blokları mandat almaq üçün lazım olan minimum 7 faizlik maneəni aşa bilməyiblər.

Görüşdə prezident MSK sədrindən bütün qanun pozuntuları faktlarını araşdırmağı tələb edib. Komissiyanın rəsmi məlumatına görə indiyə qədər qanun pozuntuları barədə 117 şikayət alıblar.

Amma müstəqil seçki müşahidə qrupu olan “Qolos” təşkilatı minlərlə belə pozuntular haqqında məlumat verib.
XS
SM
MD
LG