Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:29

Milyonçu Dadaşovların nəticələri Belçikadan Bakını necə gördülər?


Foto: Arxiv
Foto: Arxiv
«Bakı yuxarıdan qəbiristanlığa, yeni tikilən binalar isə başdaşına bənzəyir!»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına Bakı milyonçusu Dadaşovların Belçikada yaşayan davamçısı Kəmalə xanım Dadaşova söylədi.

TƏKCƏ XƏZƏR DƏYİŞMƏZ QALIB?!

Anası Ofeliya xanımla verilişimizə qatılan Kəmalə Dadaşova şəhərə çatarkən təyyarədən Xəzəri görən kimi hallarının necə dəyişdiyini bu sözlərlə çatdırdılar: «Qurban olduğum Xəzərim! Canım-gözüm! İstəyirəm illüminatoru sındırıb özümü üstünə atım...»

BAKIDAN QAÇMIŞAM

Bakıda, Azərbaycanda baş verən müəyyən səbəblərə görə ölkəni tərk etməyə məcbur olduğunu deyən Ofeliya Dadaşova: «Bakıda qalsaydım, indi yaşamırdım. Yaşasaydım da, ağlım işləmirdi, başımı itirmiş olardım»- fikrinə gəldi.

NƏDƏN QAÇDINIZ?

Aparıcının bu sualı belə cavablandı: «Bakıda baş verən dəhşətli dəyişikliklərdən, babalarımın sökülən mülklərindən, diqqətsizlikdən. biganəlikdən». Ofeliya xanım Belçikaya çox ağır vəziyyətdə getdiyini də bildirdi: «Həkimlər dedilər ki, stress keçiribsiniz. Bütün xəstəliklər ondan qaynaqlanıb».

ORADA MİNİ DİASPOR YARATMIŞIQ

Ofeliya xanım Belçikada öz evlərində «mini diaspor» yaratdıqlarını da söylədi. «Belçikada 120-dən artıq millət yaşayır. Biz də hamıyla dostluq etməyə çalışırıq. Səfirliyin gecələrində də iştirak edirik. Bakıdan gətirilən kitabları yığıb dostlarımıza paylayıram. Bakıya yolum düşəndə disklər alıb aparıram. Əsl müğənnilərimizi orada təbliğ edirəm».

NƏ QƏDƏR İŞSİZLİK OLAR?

Kəmalə Dadaşova
Kəmalə Dadaşova
Kəmalə Dadaşova da doğulduğu ölkədə yaşamağın çətinliyindən danışdı: «Cəmiyyətin 99 faizi yaşayışından narazıdır. Mən özümdən deyim. Nə qədər işsizliyə dözmək olardı? Adi məktəbə düzəlmək üçün 10 min manat rüşvət istəyirdilər».

TİBB BACISI 120 MANAT ALIR

Ofeliya xanım təzəcə başlarına gələn bir əhvalatı danışdı: «Gözləmədiyimiz halda yaxın bir adamımız dövlət xəstəxanasına düşdü, əməliyyat olundu. Açıq-aşkar ona qiymət oxudular. Heç nədən çəkinmədən! Əməliyyat pulu da ödəndi, 5-6 gün xəstəxanada yatdığı üçün xidmət və dərman pulu da. Öyrəndim ki, tibb bacıları ayda 120 manat maaş alırlar. Onu eşidəndə, mən necə pul verməyim? Axı, axşamdan-səhərəcən xəstələrin başında dururlar. Amma o dövlətdən zəhmətinin tam haqqını alsaydı, inanıram ki, özünü rüşvətə satmazdı».

CƏNAB PREZİDENT! MÜRACİƏTİ NİYƏ OXUMADINIZ?

Ofeliya xanım ötənlərdə 74 nəfərin imzasıyla prezidentə müraciət imzaladığından danışdı və o müraciətə imza atanlardan bəzisinin artıq dünyasını dəyişdiyini kədərlə qeyd etdi: «5-6 gün əvvəl AZTV-yə baxırdım. Gördüm prezident təzə gələn səfirləri qəbul edir. Onların arasında İsveç səfiri də vardı. Ekrana üz tutub dedim: Cənab prezident! Mənim Azərbaycanın 74 tanınmış ziyalısıyla imzaladığım müraciəti oxusaydınız, indi İsveç səfirinə deyə bilərdiniz ki, Nobeldən qabaq sənin məmləkətini bakılı milyonçular- Dadaşovlar fəth ediblər və sənin padşahının 1-ci dərəcəli ordenini alıb gətiriblər. Axı, bütün bunları faktlarla yazıb sizə göndərmişdik...»

MƏMUR! 85 MANATA YAŞA GÖRÜM, NECƏ YAŞAYIRSAN?!

O. Dadaşova 85 manat pensiya alan Azərbaycan vətəndaşının halına çox acıdığını da bildirdi: «Kommunal xidmətlərin haqqını ödəyəndən sonra özü nə yesin bir ay? Məmur! Gəl, sən özün bir aya 85 manatla yaşa görüm necə yaşayırsan?!

BELÇİKADA KEF İÇİNDƏ YAŞAYIRLAR!

Ofeliya Dadaşova
Ofeliya Dadaşova
xanım yaşadığı ölkənin qaçqınının da yaşayışından söz açdı: «Gör necə dövlətdir ki, qaçqınına da, xəstəsinə də xüsusi diqqət yetirir. Özü də, bunu nefti-qazı olmayan bir dövlət edir. İşsizinə 600-800 avro pul verir ki, dolan...»

MƏNİ NƏ DAŞA DÖNDƏRİB?

Bu illərdə Azərbaycan insanının dərdindən daşa döndüyünü söyləyən Ofeliya xanım Belçikadakı yaşayışı görəndən sonra gilə-gilə göz yaşı axıtdığını dedi: «İstəyirəm mənim millətim də elə yaşasın. Həmişə deyirəm ki, kaş Vətənimin başçıları bura gələydilər, buradakılar da ora. Bir dəfə eşitdim ki, bizim icra başçıları ora gəliblər- təcrübə mübadiləsi üçün. Dedim, hansı təcrübələrini bölüşəcəklər- torpaq satmaqlarını, ev satmaqlarını, millətin qanını sormaqlarını- bunları öyrədəcəklər belçikalılara?»

ŞƏXSİ MÜLKİYYƏT TOXUNULMAZDIR!

Dadaşovlar Belçikada şəxsi mülkiyyətin toxunulmazlığından heyrətlə danışdılar: «Kimin nə haqqı var ki, şəxsi mülkiyyət sayılan əraziyə addım atsın?! Bizdə şəxsi mülkiyyət darmadağın olunur. Nə qədər adamı ev-eşiyindən atırlar ki, nə var-nə var burada Eurovision keçiriləcək!»

- «Eurovision» a oralarda necə baxırlar?

- Mayda Azərbaycanın uğuruna sevinən Dadaşovlara niderlandlılar necə cavab verdi?

- Dadaşovlar 55 dəqiqəlik söhbətdə daha nədən danışdılar?

Unutmayın ki, bu söhbətin ancaq 20 dəqiqəsini sizin üçün açıqladım. Yerdə qalan hissə əlinizin altındadır:

XS
SM
MD
LG