Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:41

Nazir oğurluq Mercedesdə gəzməkdə ittiham olunur


Arxiv foto
Arxiv foto
Ukraynanın Ədliyyə nazirliyi nazirin oğurluq Mercedesdə gəzməsi ilə bağlı iddiasını araşdırdıqlarını bildirib.

Deputat Valery Konovalyuk iddia eləmişdi ki, Ədliyyə naziri Oleksandr Lavrynovychin Almaniyadan oğurlanan və İnterpolun axtarışında olan maşında gəzir. İddiaya görə, maşını Ukraynaya gətirərkən sərhəddə tutub, məhkəmə qərarı ilə müsadirə ediblər. Nazir isə həmin Mercedesdən xoşu gəldiyindən onu mənimsəyib.

Ədliyyə Nazirliyinin sözçüsü iddiaları araşdıracaqlarını deyib.

İnterpol isə məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.
XS
SM
MD
LG