Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:38

E.Məmmədyarov: Azərbaycan qazının Avropaya nəqli üçün bütün imkanlar var


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
«Azərbaycan qazının Avropaya nəqli üçün həm texniki, həm də maliyyə imkanları var».

Bunu Xarici İşlər naziri Elmar Məmmədyarov «The Wall Street Journal» qəzetinə müsahibəsində söyləyib.

Məmmədyarov deyib ki, təkliflərdən biri Türkiyə ərazisindən Avropa Birliyi sərhədlərinədək kəmərin tikilməsidir. Daha sonra kəmər Yunanıstan və Bolqarıstan istiqamətində iki qola ayrılacaq, orada isə onlar daha çox qollara şaxələnəcəklər. Qaz iri qazpaylayıcı qovşaqlarından biri - Avstriyaya çatanadək Mərkəzi Avropa və Balkan ölkələrinin ərazilərindən keçəcək.

«Texniki baxımdan bu, mümkündür. Maliyyə nöqteyi-nəzərindən də böyük xərc tələb etməyən yaxşı ideyalardan biridir», - nazir qeyd edib.

Xəzər hövzəsindən qazın nəqli üçün hazırda dörd marşrut nəzərdən keçirilir - «Nabucco», ITGI (Türkiyə-Yunanıstan-İtaliya), Trans-Adriatik (TAP) və Cənub-Şərq Avropa boru kəməri.

Azərbaycan qazının ixrac marşrutunun seçilməsinə dair qərar 2012-ci ilin martına qədər veriləcək. /Trend/
XS
SM
MD
LG