Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:33

Mirvari Qəhrəmanlı: Bu il Azərbaycanda neft sahəsində 22 ölüm hadisəsi qeydə alınıb


Arxiv foto
Arxiv foto
AzadlıqRadiosunun İşdən sonra proqramına qonaq olan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Azərbaycan və Qazaxıstan neftçilərinin vəziyyəti haqda danışarkən deyib. Hüquq müdafiəçisi bildirib ki, Qazaxıstan neftçiləri çox ağır şəraitdə və aşağı əmək haqqı ilə çalışırlar. Ancaq Azərbaycan neftçilərinin də vəziyyəti qənaətbəxş deyil.
“Qazaxıstan neftçilərinin tətil etməyə haqqı çatır. Ona görə ki, onların yaşadığı neft şəhəri çox pis vəziyyətdədir. Onlar düşünürlər ki, aldıqları maaş iş və yaşayış şəraitinə uyğun deyil. İş şəraitinin o aldığı əmək haqqına uyğun gəlməməsi və işin ağır olması, bir çox xəstəliklərin əmələ gəlməsi neftçilərin böyük problemidir. Bundan ağır situasiyalar bizdə də var. ARDNŞ-da da əmək haqqı aşağı vəziyyətdədir və istənilən vaxtda bu hadisələr Azərbaycanda da baş verə bilər”.
Neft məsələləri üzrə ekspert İlham Şaban isə deyib ki, bir çox məlumatlarda neft şirkətlərinin uğurları barədə yazılanlara rast gəlsək də, bəzi faktlara heç toxunulmur.
“Azərbaycanda ARDNŞ özü 7,6 milyon ton neft hasil edir, 7 milyarddan bir qədər artıq qaz hasil edir. BP ötən il 40 milyon ton neft hasil edib. 10 milyard kubmetrdən çox qaz hasil edib. Bir ölüm faktı yoxdur. Ancaq bütün hamısı gəlib düşüb bizim dövlət sektorunun üstünə. Bu əməyin mühafizəsinin çox aşağı olmasının göstəricisidir. İnsan əməyinə verilməyən qiymətdir”.
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı isə bildirib ki, onda olan məlumata görə təkcə bu ilin 10 ayı ərzində 22 ölüm faktı baş verib:
“Bu ilin 10 ayı ərzində 22 ölüm hadisəsi qeydə alınıb. Ötən il 10 ölüm hadisəsi olmuşdu. 2009-cu ildə isə 6 ölüm hadisəsi. Hələ bu biz biləndir. Əmək müfəttişliyinə biz müraciət etmişik cavab vermirlər. Məndə olan siyahıda elə o qədər də ağır xəsarət almış insanların adları var. Özü də ki ölüm hadisələri elə faciəli ölüm hadisələridir ki, adam dəhşətə gəlir. İş şəraiti yox, xüsusi geyimlər yox. Bu qiymətsizliyi fəhlə görür axı”.
Hüquq müdafiəçisi və ekspert hər ikisi belə halları ədalətsiz bölüşdürülmə adlandırıblar.
Dövlət Neft Şirkətinin sözçüsü Nizaməddin Quliyev verilişdə iştirak etməkdən imtina edib. Verilişdən sonra səslənən ittihamlarla bağlı yenidən Nizaməddin Quliyevlə əlaqə saxladıq. Nizaməddin Quliyev veriliş ərzində səslənən fikirləri əsassız adlandırdı. İl ərzində neftçilərin iş şəraitində ölümü və xəsarət alması ilə bağlı statistikanı isə açıqlamadı.
Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG