Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

Harry Potter-i oynayan aktyorun şəklini tualet kağızına vurublar


Harry Potter rolunun ifaçısı, aktyor Daniel Redklif şəklinin Tailandda tualet kağızı üzərinə həkk edilməsindən çox narazı olduğunu bildirib.

Britaniyanın “Sun” qəzeti yazır ki, tualet kağızını istehsal edənlər bunun aktyorun xoşuna gəlib-gəlməyəcəyini soruşmayıblar.

“Eşitmişəm ki, ”Amerika piroqu” filmində oynayan oğlanların şəklini prezervativlərin üstünə vurublar.

Onu da bilirəm ki, üstündə Barak Obamanın şəkli olan prezervativlər də almaq olar” - deyə aktyor bildirib.


Aktyor əlavə edib ki, atributika satışına və filmlərin reklamına müdaxilə edə bilməz.
XS
SM
MD
LG