Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:41

Avropa Məhkəməsi 2005-ci il seçkiləri ilə bağlı daha bir qərar verdi


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi 2005-ci ildə deputatlığa namizəd olmuş 4 nəfərin iddiası ilə bağlı qərar verib.

Bunlar AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, Müsavat icra aparatının rəhbəri Arif Hacılı və «Aydınlar» Partiyasının sədri Qulamhüseyn Əlibəylidir.

Yanvarın 6-da verilən bu qərarın rəsmən yanvarın 10-da elan ediləcəyi deyilir.

Keçmiş namizədlər iddialarında bildiriblər ki, 2005-ci il seçkilərində deputat seçilsələr də, bu haqları tanınmayıb. Arif Hacılı və Sərdar Cəlaloğlunun mandatını Mərkəzi Seçki Komissiyası (MSK), Əli Kərimli ilə Qulamhüseyn Əlibəylinin mandatını isə Konstitusiya Məhkəməsi (KM) ləğv edib.

Vəkil Əshabəli Mustafayevin fikrincə, məhkəmənin qərarı onun eyni seçkilərlə əlaqədar Flora Kərimova barəsində verdiyi qərarla oxşar olacaq.

Avropa Məhkəməsi xalq artisti Flora Kərimovanın 2005-ci ildə deputat seçilməsini təsdiqləyib. Azərbaycan dövləti ona 60 min avro təzminat ödəyib.
XS
SM
MD
LG