Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:25

Baş prokurorluq yol polisi əməkdaşlarına qarşı araşdırmaya başlayıb


Yol polisinin yeni il "şirinliyi"
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00
Direct-ə keçid

Bu video Bakıda - Təhsil Nazirliyinin düz yanında 2011-ci il dekabrın 31-də çəkilib. Bir neçə yol polisi əməkdaşı qarşılarına çıxan maşınların saxlayıb çox qəribə "reyd" keçirirlər...

Rüşvət almaq ittihamı ilə işdən qovulan Dövlət Yol Polisi əməkdaşları ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları – Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində inzibati tədbirlər görmədiklərinə görə daxili işlər nazirinin əmri ilə xidmətdən xaric ediliblər. Eyni zamanda əməllərinə hüquqi qiymət verilməsi üçün onların haqqında toplanmış materiallar Baş Prokurorluğa daxil olub.

Hazırda həmin materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılır. Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AzadlıqRadiosunun çəkdiyi həmin videokadrlar qısa müddətdə internet məkanında geniş yayılmışdı. Amma həmin videoda prokurorluğun məlumatında qeyd edildiyi kimi sürücülərin hansı yol hərəkəti qaydasını pozduqları aydın olmur.

Hələlik adı çəkilən keçmiş polis əməkdaşlarının yaxınları, və ya vəkillərinin bu hadisə barədə hər hansı reaksiyası bəlli deyil.

***

«Videoda rüşvət alan polislərin kimliyi müəyyənləşib».

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov məlumat verib.

S.Gözəlov hər üç polisin serjant olduğunu bildirib:

«Hər üç polis nazirinin əmri ilə daxili işlər orqanlarından xaric edilib. Toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib».

***

“Qafqazinfo” saytının əldə etdiyi məlumata görə, sözügedən vitdeogörüntülər daxili işlər naziri Ramil Usubova təqdim olunub. Nazir baş verən hadisənin dərhal araşdırılmasını və polislərin məsuliyyətə cəlb olunması haqda tapşırıq verib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev də çərşənbə axşamı Trend agentliyinə bildirib ki, videoda hərəkəti izlənilən yol polisi əməkdaşları Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarıdır.

Şöbə rəisinin sözlərinə görə, bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

«Araşdırma zamanı həmin polislərin şəxsiyyəti müəyyən olunacaq. Araşdırmanın nəticəsindən asılı olaraq, həmin əməkdaşlar barədə müvafiq tədbir görüləcək», – Əliyev deyib.

Kamran Əliyev bildirib ki, 2011-ci ildə korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 30-dan çox yol polisi əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

Ötən il korrupsiya hüquqpozmalarına yol verən yol polisi əməkdaşlarının bəziləri barəsində Baş Prokurorluğa da məlumat göndərilib və prokurorluq tərəfindən araşdırma aparılıb.

Qeyd edək ki, bu sahədə şəffaflığın təmin olunması məqsədilə qanunvericiliyə dəyişiklik edilib.

***

Sürücülərdən rüşvət alan Yol polisləri barədə araşdırmalara başlanıb.

Bunu AzadlıqRadiosuna Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib:

«Daxili İşlər Nazirliyinin rəhbərliyi korrupsiya hüquqpozmalarına qarşı tədbirlər həyata keçirir. Bundan sonra kimsə belə bir addım atırsa, bunu yalnız həmin şəxslərin məsuliyyətsizliyi ilə izah etmək olar. Dəfələrlə deyilib ki, cərimələrdən gələn vəsaitin 25 faizi o əməkdaşların maaşına yönəldilir. Amma yenə də belə işçilər var. Hər halda barələrində müvafiq tədbir görüləcək».

Kamran Əliyev bildirib ki, 2011-ci ildə rüşvət hallarına görə 30-dan çox Yol Polisi əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

YENİ İL «REYDİ»

Bu video Bakıda - Təhsil Nazirliyinin düz yanında 2011-ci il dekabrın 31-də çəkilib. Bir neçə yol polisi əməkdaşı qarşılarına çıxan maşınların saxlayıb "reyd" keçirirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev AzadliqRadiosuna deyib ki, "2011-ci ildə 30-dan çox yol polisi əməkdaşı korrupsiya hüquqpozmalarına görə daxili işlər orqanlarından xaric olunub".

Yeni görüntülərə gəlincə, şöbə rəisi deyib ki, o, yalnız həmin videogörüntüyə baxandan sonra münasibət bildirə bilər.


Səncə, qaydanı kim pozur?

Şərhlərini göndər, müzakirəyə qoşul!


Bunlara da bax:

İlham Əliyev: «Korrupsiyaya qarşı amansız mübarizə aparılır» (VİDEO)
2011-ci ildə yol qəzalarının statistikası açıqlanıb
Polis yolda sürücüdən pul alır - VİDEO
Yol Polisi «Facebook»da
Yol polisinin radar tələsi?
Yol polisi cərimə pullarını mənimsəyir?
Yol polisi rüşvət almır?
Yol Polisi maşını qovur - VİDEO
XS
SM
MD
LG