Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:36

Bakıda sürücülər yolu bağladılar


Foto: Arxiv
Foto: Arxiv
Yanvarın 13-də bir qrup taksi sürücüsü metronun «Neftçilər» stansiyası yaxınlığında yolu bağlayıblar.

Nəqliyyat Nazirliyi sovet istehsalı avtomobillərin taksi kimi fəaliyyətinə qadağa qoyur. Sürücülər də buna etiraz ediblər. Təxminən bir saat davam edən aksiyanı polis əməkdaşları dağıdıblar.

Aksiya iştirakçılarından biri AzadlıqRadiosuna deyib ki, sürücüləri dəyənəklə döyüblər:

«200-300 adam vardı. Döyüb dağıtdılar hamını. Həmişəki ki, dubinkanın ağzına verdilər. Bizim etirazımız Nəqliyyat Nazirliyinədir. Camaatı işsiz niyə qoyursunuz? Biz işləmək istəyirik. Bizə deyirlər ki, avtomobillər 2007-ci ildən o yana olmamalıdır. Rəngi ağ olmalıdır, naviqator qoyulmalıdır. Haradasa 1000 manatdan çox pul edir».

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov isə AzadlıqRadiosuna deyib ki, narazılıq edənlər qanunsuz fəaliyyət göstərənlərdir: «Bu gündən əsas şərt lisenziya almaqdır».

Yanvarın 13-dən Nəqliyyat Nazirliyi ilə Daxili İşlər Nazirliyi reydlərə başlayıblar. Onlar lisenziyasız işləyən, həmçinin sovet istehsalı olan avtomobillərin taksi kimi xidmətlərinə qadağa qoyurlar.
XS
SM
MD
LG