Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:49

İnsan haqları təşkilatları AŞPA-nı Azərbaycana təzyiqə çağırırlar


Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupuna üzv olan insan haqları təşkilatları Avropa Şurası Parlament Assambleyasını Azərbaycanda ifadə azadlığına görə həbs edilənləri azadlığa buraxmağı tələb etməyə çağırıb.

Müraciətdə bildirilir ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyası və beynəlxaq hüquqları tanısa da, ölkədə özünüifadə azadlığından yararlandığı üçün həbsdə olanlar var. Təşkilat bu siyahıya Xural qəzetinin redaktoru Əvəz Zeynallını, bloqqer Bəxtiyar Hacıyevi, insan haqları fəalı Vidadi İsgəndərovu, Yeni Fikir təşkilatının sədri Ruslan Bəşirlini və 2011-ci ilin 2 aprel aksiyasında tutulan müxalifətçilərin adlarını salıb.

Yanvarın 26-da AŞPA-nın Qanunvericilik və İnsan Haqları Komitəsinin toplantısı olacaq. Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupu da bu görüşdə Azərbaycandakı siyasi məhbus probleminin gündəmə gətirilməsini və Azərbaycandan götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb etməyə çağırır.

Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupuna ARTICLE 19, Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi, İnsan Haqları Evi, Senzura İndeksi, Media Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi, PEN İnternational və Sərhədsiz Reportyorlar təşkilatları daxildir.
XS
SM
MD
LG