Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:44

Nəqliyyat Nazirliyinin bir ilə xərclədiyi yarım milyard manatın siyahısı


Bakıda yeni istifadəyə verilən piyada keçidlərindən biri.
Bakıda yeni istifadəyə verilən piyada keçidlərindən biri.

Satınalmalar üzrə Dövlət Agentliyinin 2011-ci ildə keçirilmiş tenderlərin qeydiyyatı haqda sənədində göstərilib ki, Nəqliyyat Nazirliyi həmin il ümumilikdə 523 milyon 457 min 807 manat həcmində tender keçirib.

Bu tenderlərin qalibləri arasında “Samur Holding” MMC, “Fİ-İnşaat” MMC, "İHİ" MMC, “Orion E”MMC, “Akkord”, “Kəpəz V”MMC və digər şirkətlərin adları var.

HƏR KİLOMETRİ 2.3 MİLYON MANATA YOL TƏMİRİ

Axırıncı şirkət – “Kəpəz V” MMC Nəqliyyat Nazirliyinin 2011-ci ildə elan etdiyi 18 tenderdən 5-nin qalibi olub.

Şikrətə ümumilikdə 124 milyon manata yaxın iş sifariş olunub. Bunlar aşağıdakılardır:

  • Goran-Naftalan avtomobil yolunun əsaslı təmiri – 14 milyon manat,
  • Gəncə avtomobil yolunun əsaslı təmiri – 20 milyon manat,
  • Bakı-Ələt avtomobil yolunun 50-69 kilomterlik sahəsinin yenidən qurulması – 44 milyon manat (hər kilometrə 2.3 milyon manat),
  • Zığ dairəsi-Heydər Əliyev hava limanı avtomobil yolundan Qala stansiyasına və dəniz sahilinə gedən avtomobil yolunun tikinti işləri – 38 milyon manat,
  • 7 miylona Ziya Bünyadov prospekti ilə Əliyar Əliyev küçəsinin kəsişməsində yerləşən dəmir yolu xətti üzərində yol qovşağının reabilitasiya işlərinin aparılması – 7 milyon manat,
  • Kürdəmir-İmişli avtomobil yolunun əsaslı təmirinə - 7 miyon 600 min manat ayrılıb.

Nəqliyyat Nazirliyi "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi" layihəsi çərçivəsində Ələt qəsəbəsində tikilməsi nəzərdə tutulan yeni Liman Kompleksi ilə bağlı 142 milyon manat həcmində tendər keçirib.

YOL QOVŞAĞI 125 MİLYON MANATA

Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində yol qovşağının tikinti işləri ilə bağlı elan olunmuş tenderi isə “Körpü-Bina-Tikinti”MMC udub. Həmin yol qovşağının tikintisinə 125 milyon manat ayrılıb.

Bundan başqa “Gəncə-Körpü-Tikinti”MMC Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol qovşağının tikintisi ilə bağlı elan olunmuş tenderdə də qalib gəlib. Bu yol qovşağının tikintisinə isə 32 milyon 500 min manat ayrılıb.

“Akkord” 43 miyon manata Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintinisi ilə bağlı tenderdə qalib gəlib.

41 MİLYON MANATLIQ TUNEL

2011-ci ildə Bakıda müxtəlif tunellər, yeraltı keçidlərin tikintisinə ayrılan vəasitlər haqqında da Komitənin məlumatında qeydlər var:

  • Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində tunelin tikintisi - 41 milyon 500 milyon manat (tenderi “İHİ” MMC udub.),
  • Neftçilər prospekti ilə Sərdar Səfərov küçəsinin kəsişməsində yeraltı piyada keçidinin tikintisi – 5 milyon manat,

Ümumilikdə 2011-ci ildə Nəqliyyat Nazirliyinin sifarişi ilə təxminən 141 milyon 880 min manat, “Azəryolservis” ASC-nin sifarişi ilə isə 381 miyon 580 min manat həcmində tender keçirilib.

Bunlar Dövlət Agentliyinin 2011-ci ildə keçirilmiş tenderlər haqqında məlumatında göstərilən məlumatlar idi.

Yuxarıda adı çəkilən keçidlərdən hər hansı birində olubsanmı? Orada gördüklərini bu məlumatda göstərilən rəqəmlərlə müqayisə edə bilərsənmi?

Buyurun, fikirlərinizi göndərin, müzakirələrə qoşulun.

XS
SM
MD
LG