Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:21

Suriya iqtidarı Moskvada müxalifətlə danışıqlara razıdır


Arxiv foto
Arxiv foto
Rusiyanın Xarici İşlər nazirliyi bildirib ki, Suriya prezidenti Bashar al-Assad hökuməti Moskvada müxalifət ilə danışıqlara qatılmağa razılıq verib. Ancaq Suriya Müxalifət Şurasından Reuters agentliyinə bildiriblər ki, Rusiyanın təşkil elədiyi heç bir danışıqda iştirak etməyəcəklər. Çünki Moskva Assad rejiminin ənənəvi müttəfiqidir.
Bu arada Fransa və Böyük Britaniya bildiriblər ki, BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnaməni dəstəkləyəcəklər. Veto hüququ olan Rusiya Suriyaya qarşı sanksiya nəzərdə tutan hər hansı qətnamənin qəbuluna etiraz edir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbiləkütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG