Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:28

Azərbaycan yoxsa Şimali Azərbaycan Respublikası?


Rasim Musabəyov
Rasim Musabəyov
AzadlıqRadiosunun «İşdən sonra» proqramında Milli Məclisin üzvləri Rasim Musabəyov, Zahid Oruc və politoloq Elxan Şahinoğlu Azərbaycanın adının dəyişdirilməsi ilə bağlı parlamentdə səslənən fikirlərə münasibət açıqlayıblar. Deputat Rasim Musabəyov deyib ki, bu məsələ Azərbaycanın bölünməsini gündəmə gətirmək üçün atılan addımdır:
«Düşünmürəm ki, bu təklifi irəli sürən deputatlar bilavasitə dövlətin adını dəyişdirməyi nəzərdə tutur. Sadəcə olaraq İranda Türkmənçay müqaviləsi haqda cəfəng danışanlara anlatmaq istəyirlər ki, Azərbaycan gündəliyə Cənubi Azərbaycan məsələsini gətirəcək. Və bu çıxışlar əslində buna hesablanıb. Azərbaycanın adının dəyişdirilməsi üçün nə real təşəbbüs var, nə də bundan ehtiyatlanmaq lazımdır».

«İDEYA YAXŞI İDEYADIR»
Deputat Zahid Oruc isə deyib ki, bu məsələ ilk dəfə deyil gündəmə gəlib. Onuz sözlərinə görə Azərbaycan müstəqil respublika elan olunandan sonra müxtəlif dövrlərdə bu ideya dəfələrlə səslənib. Deputat hesab edir ki, dövlətin adının mütləq dəyişməsi hökm deyil. Onun fikrincə bu ideyanın politoloji məkanda bərkiməsinə ehtiyac var:
Zahid Orcu
Zahid Orcu
«Bu ideya ilə çıxış edən insanların başlıca hədəfi Azərbaycanın bölünməsinə işarə etməkdir. Heç də Azərbaycan Şimali Azərbaycan adlanmaqla bu gün bizim böyük mənfəətlərimiz, böyük faydalarımız dərhal baş verməyəcək. Daha artıq dərəcədə Azərbaycanın bir xalq kimi parçalanmaya məruz qaldığını dünyaya göstərməkdir. Və həqiqətən də Cənubi Azərbaycan amilini həqiqi mənada ifadə etməkdir».
Politoloq Elxan Şahinoğlu isə deyib ki, parlamentdə çıxış edənlərin əksəriyyətinin bu ideyanı dəstəkləməsi onu bir qədər təəccübləndirib. Onun sözlərinə görə belə bir təəssürat yaranıb ki, bu təklif səsləndirilməmişdən öncə deputatlar arasında bu barədə hər hansı fikir mübadiləsi olub. İdeyanın ortalığa atılmasına gəldikdə isə politoloq bunu uğurlu addım adlandırıb:
Elxan Şahinoğlu
Elxan Şahinoğlu
«İdeya yaxşı ideyadır. Bunu gündəmdə saxlamaq lazımdır. Bu o demək deyil ki, mütləq bu dəyişikliyə gediləcək. Bu həm də İranın Azərbaycanın işinə qarışmasına cavab aksiyasıdır. Bizim də haqqımızdır ki, öz dövlətimizin adı ətrafında müzakirələr açaq. Bu İran hakimiyyətinin içərisində qıcıq yaradacaq. Bu beynəlxalq aləmə də mesajdır ki, Azərbaycan iki hissəyə bölünüb. Məncə Azərbaycan hökuməti bu məsələnin parlamentdə səslənməsində maraqlı olub. Amma düşünmürəm ki, Azərbaycan hökuməti bu ikinci addımı atmağa hazırdır. Yəni referendum yolu ilə ad dəyişmək».
Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG