Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:44

HRW: İnsanların evindən çıxarılması «Eurovision»a kölgə salır


Bayraq Meydanındakı sonuncu bina sökülür
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00
Direct-ə keçid

Bayraq Meydanındakı sonuncu bina sökülür

Azərbaycan hökuməti «Eurovision-2012» müsabiqəsi keçiriləcək ərazidə sonuncu binaları da sökmək üçün sakinləri məcburi yollarla çıxarmağa başlayıb.
Bunu - beynəlxalq Human Rights Watch hüquq-müdafiə təşkilatı bildirir.
Təşkilatın bəyanatında deyilir ki, Azərbaycan hökuməti Bakı şəhər İcra Hakimiyyətinin hərəkətlərinin qanuniliyini araşdırmalı, sakinlərə adekvat kompensasiya ödəməlidir.
Fevralın 15-i səhər Bakı şəhərə icra hakimiyyətinin rəsmiləri Aqil Quliyev küçəsi, 5 ünvanında yerləşən 9 mərtəbəli binanın sakinlərini qanunsuz olaraq evlərindən çıxarmağa başlayıblar.
«Eurovision» müsabiqəsinə ev sahibliyi Azərbaycan hökumətinə Bakını minlərlə turist və milyonlarla tamaşaçıya nümayiş etdirmək imkanı verir», - deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Willamson bildirib.
H.Willamsonun fikrincə, «hərçənd yüzlərlə sakinin zorla evindən çıxarılması, evlərinin dağıdılması və mülkiyyətindən məhrum olması bu tədbirin keçirilməsinə kölgə salır».
Sakinlər bildiriblər ki, fevral ayından binanın damını söküblər. Söküntü üzüaşağı davam edir. Binanın 9-cu mərtəbəsində yaşayanlar artıq köçüb. Fevralın 15-də 7 və 8-ci mərtəbələrin sakinlərindən köçmələrini tələb olunub.
Binanın sakinlərindən biri Natalya Əlibəyova deyir ki, Azərbaycan donanmasının kapitanı, 8-ci mərtəbədə yaşayan Rafiq Hüseynovun ailəsinə köçmək üçün günortaya qədər vaxt veriblər: «Oturub ağladıq. Axı bu adam ömrünün yarısını bu ölkəyə həsr edib. İndi onu bayıra atırlar».
Rəsmilər Hüseynova kirayədə qalmaq üçün 300 manat təklif ediblər.
Bayraq Meydanı ətrafındakı ərazidəki tikinti işləri Azərbaycan «Eurovision 2011» müsabiqəsində qalib gələndən sonra intensivləşib. 2011-ci ilin mayında bu ərazidə Baku Crystal Hall-un tikintisinə başlanıb. Bakı şəhər icra hakimiyyəti bildirib ki, bina ərazinin genişləndirilməsi məqsədilə sökülür.
«BU AZƏRBAYCAN HAKİMİYYƏTİNİN İDDİALI ŞƏHƏRİN GÖZƏLLƏŞDİRİLMƏSİ PROQRAMINA LƏKƏ GƏTİRİB»
Payızda ərazidəki digər binalar şəhərin mərkəzindən bura yol salmaq məqsədi ilə sökülüb.
«Human Rights Watch» Bayraq Meydanındakı məcburi köçürülmə ilə bağlı müsabiqəni keçirən Avropa Yayımları Birliyi ilə əlaqə saxlayıb. AYB müsabiqənin qeyri-siyasi tədbir olduğunu, hökumətin bu söküntü işlərinin mahnı müsabiqəsi ilə əlaqəsi olmadığı ilə bağlı arqumentin əsas gətirərək özünü bu məsələlərdən kənar tutmağa çalışıb.
«Human Rights Watch» bildirir ki, buna baxmayaraq nə Azərbaycan hökuməti, nə Avropa Yayımları Birliyi istəməz ki, mahnı müsabiqəsinə insan hüquqlarının pozulması ilə kölgə düşsün. Ona görə də AYB hökuməti sakinlərin evlərindən köçürülməsi ilə müşayiət olunan kobud insan hüquqları pozuntularına son qoymağa çağırmalıdır. HRW həmçinin AYB-nin üzvü olan milli televiziya şirkətlərini də birliyin bu məsələdə səsini yüksəltməsi üçün təsir etməyə çağırıb.
Adının çəkilməsini istəməyən bina sakinlərindən biri isə deyib ki, sakinlər evləri söküləndə icra hakimiyyətinin nümayəndəsinə deyiblər ki, onlar ərazidə yerləşən binalara da köçə bilərlər. Ancaq icra hakimiyyətinin nümayəndələri deyib ki, «onlar elit binalardır və elita üçün nəzərdə tutulub».
Aqil Quliyev küçəsi 5 ünvanından sakinlərin məcburi çıxarılması Bakıda 2008-ci ildən başlanmış mülkiyyətin qanunsuz əlindən alınma və qanunsuz söküntü işlərinin bir hissəsidir. Bu Azərbaycan hakimiyyətinin iddialı şəhərin gözəlləşdirilməsi proqramına ləkə gətirib. Proqram çərçivəsində hakimiyyət orqanları minlərlə əmlakı bağlar, parklar, yollar və lüks binaların tikintisi üçün orta təbəqəyə mənsub olan adamlardan qanunsuz alıb.
«Bu sakinlər sadəcə onlara qanunla verilməli olanı istəyirlər. Ədalətli qiymətləndirmə prosesi və öz evləri üçün ədalətli qiymət istəyirlər. Əvəzində isə onlar evlərindən məcburi çıxarılma və ədalətsizliklə üzləşirlər», deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Willamson bildirib.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG