Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:29

Ünvanlı sosial yardım ünvanına necə çatır? [VIDEO]


Vətəndaşın haqqına şərik məmurdan necə qorunmalı?
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00
Direct-ə keçid

Bakı küçələrində sorğu.



Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi son rəqəmlərə görə hazırda 113 min ailə ünvanlı sosial yardım alır. Hər ailəyə orta hesabla aya 130 dollar verilir.

Amma yerli mediaya, o cümlədən də bizə bu yardımı aldım deyən az qala hər kəs onun yarısını məmurun geri aldığını da əlavə edir.

Fevralın 16-da "Korrupsiometr"də bu mövzu müzakirə edildi: MƏMURU VƏTƏNDAŞIN HAQQINA ŞƏRİKLİKDƏN BİRDƏFƏLİK ÇIXARMAĞA SƏN NƏ TƏKLİF EDİRSƏN?


Qonaqlar:

  • Babək Hüseynov - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Sosial Təminat Siyasəti şöbəsinin müdir müavini.
  • Qalib Toğrul - İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti.

    • Leyla Kiani - Malmö şəhərində sosial təminat idarəsində çalışan “Xəzər” Azərbaycan İsveç Dostluq Cəmiyyətinin rəhbəri.


Babək Hüseynov
Babək Hüseynov
Babək Hüseynov dedi ki, bu ildən etibarən ünvanlı sosial yardım almaq istəyən insanlarla məmurlar arasında ünsiyyət minimallaşdırılacaq:

- Bu ildən etibarən 27 rayonda ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmi tətbiq edilir. Əsas məsələ məmur vətəndaş ünsiyyətini minimallaşdırmaqdan ibarətdir.

Hər bir rayonda elektron poçt ünvanı açılıb. Nazirliyin elektron ünvanında tələb olunan sənədlərin siyahısı, rəsmi formalar var. Bakının bütün sakinləri, bütün böyük şəhərlərin sakinləri elektron poçt vasitəsilə, məmur görmədən və evdən çıxmadan yardım müraciət edə bilərlər.

Həmin rayonlarda poçt vasitəsilə də ünvanlı sosial yardım müraciətləri qəbul edilir. Bu işi Rabitə və Informasiyalar Nazirliyinin dəstəyi ilə qurmuşuq.

2011-ci ilin avqust ayından etibarən və Balakən rayonlarından ilkin olaraq başladıq, yaxşı nəticələr əldə etdik. Daxil olan müraciətlərin orta hesabla 25 faizi poçtla qəbul olunmuşdu. Vətəndaşların hər hansı problemləri olarsa nazirliyin elektron ünvanına, ya da 142 nömrəli qaynar xəttə müraciət edə bilərlər.

Canlı efirə zəng edən Quba rayonun Xınalıq kəndinin sakini Rüfəddin Həmidov ona yardım verilməsi üçün məmurların ondan rüşvət istədiklərini dedi:

- 2011-ci il oktyabrın əvvəli sənədləri vermişəm. İndiyə kimi nə kart, nə pul gəlib çıxmayıb. Bizə düşür-düşmür deyə bilmərəm, amma heç bir yerdən maaş almıram müavinət almıram. Təsərrüfatım da yoxdur məşğul olum.

Xınalıq kəndindən 12 nəfər müraciət edib. Faktdır ki, əvvəldən kim 300-400 manat pul ödəyir, ona düşür, pul ödəməyənlərə yox. Vasitəçi təşkil edirlər. Vasitəçi deyir bu məbləği verin, sənin işini düzəldim.

Babək Hüseynov şikayətə cavab olaraq dedi ki, yadımın verilməsində insan amili var, istənilən halda subyektiv hallar ola bilər. Amma bu şəxsin ola bilər yardım almağa hüququ yoxdur.

Qalib Toğrul son beş-altı ildə ünvanlı sosial yardıma ayrılan dövlət vəsaitinin bir milyard
Qalib Toğrul
Qalib Toğrul
manatı keçdiyini bildirdi:

- 2006-cı ildə 40 milyona yaxın idi, son iki ildə ayrılan vəsait 190 milyon manat olub. 2009-cu ildə təxminən 800 minə yaxın adam ünvanlı sosial yardım alıb. Əslində bu yaxşı hal deyil.

Azərbaycanda yoxsulluqla bağlı statistika da qəribədir. İnanmıram ki statistika dəqiq mənzərəni versin.

Bütün dünyada proses belə gedir: yoxsulluqdan çıxanlar və ona qayıdanlar. Bizdə elə çıxır ki yoxsulluğa qayıdan yoxdur.

Biz desək ki, ünvanlı sosial yardımların verilməsində korrupsiya faktoru olmayıb düzgün olmaz. Amma son vaxtlar korrupsiyaya qarşı mübarizə başlayandan sonra bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Bu həm də o deməkdir ki, ünvanlı sosial yardım kiməsə düşürsə niyə pul verməlidir ki ona həmin yardım verilsin.


Efirə İsveçdən bağlanan Leyla Kiani yaşadığı Malmö şəhərində sosial idarədə işlədiyini bildirdi. O, İsveç hökumətinin sosial siyasəti ilə bağlı təcrübəsini bölüşdü:

- Hər hansı ehtiyacı olan şəxs müraciət edir, ondan telefon vasitəsilə müsahibə alırlar. Sonra sosial işçilər araşdırma aparırlar.

Həmin şəxs birbaşa idarəyə çağırılır. Onunla söhbət aparılır. Müraciət edən şəxs lazımi sənədləri gətirməlidir. Sənədlərin sayı 5-dən 15-ə qədər ola bilər.

Araşdırma başlayandan sonra yekun qərar on iş günü ərzində çıxarılıb həmin insana göndərilməlidir.

Əgər o, həmin qərarla razı deyilsə, şikayət üçün 3 həftə vaxtı var. Bu şikayətə də bir həftə ərzində baxılır. Əgər məsələ onun xeyrinə həll olunmasa, iş məhkəməyə göndərilir.

Məhkəmə bir az uzun çəkir. Orada da insanları düşünürük. Ola bilər bu adamın gözləmə müddətində pulu yoxdur o zaman ona ilk yardımı etmək borcdur.
Rüşvətdən söz gedə bilməz. Hətta insanların psixi durumu pis olanda onlarla danışıq terapiyaları aparırıq. Evsiz olan insanlara yardım edilir, bunun üçün də xüsusi yerlər təşkil edilib, idarələrlə işləyirik bu insanları evlərlə təmin edirlər.

Müzakirənin videoyazısını izlə:



Müzakirənin audioyazısını tam şəkildə burada dinlə:

Verilişdə səslənən təkliflər:

Qalib Toğrul:
- Ünvanlı sosial yardım alanların siyahısı açıqlansın. Beləliklə, hər kəs görəcək ki, kimlər həqiqətən yardıma möhtac idi, indi bu yardımı alır, kimlər isə yardımı rüşvətlə alır.
- İnsanların iş imkanları yaradılsın ki, yardıma ehtiyac olmasın. Yardımlar ona bir iş imkanı kimi verilsin, kasıb yoxsulluqdan çıxsın.

Babək Hüseynov:
- Vətəndaşlar elektron və ya poçt vasitəsilə müraciət etsinlər.

Leyla Kiani:
- Azərbaycan daha çox İsveç modelindən istifadə etsin. Nazirlik işçiləri səyahət etsinlər, öyrənsinlər modelin Azərbaycana uyğun formasını yaratsınlar.

Bu mövzuda online forum isə hələ davam edir. Fikrin, təklifin, iradın, hər nəyin var, göndər gəlsin, başqaları da görüb-eşitsin.
XS
SM
MD
LG