Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:55

16 yaşlı qız duaları məktəbdən çıxartdırıb


Ateist xanım sinif otağındakı dini yazıları görəndə özünü təhqir olunmuş hiss edirmiş

ABŞ-ın Rhode Island ştatında özünü ateist adlandıran qız oxuduğu məktəbi məhkəməyə verib. 16 yaşlı Jessica Ahlquist məktəb rəhbərliyindən tələb edirdi ki, siniflərin divarlarına vurulan dini duaların hamısı çıxarılsın.

Müəllimlər bu duaların artıq 50 ildir məktəbdən asıldığını əsas gətirərək qızın tələbini yerinə yetirməmişdilər. Onda Jessica məhkəməyə üz tutmuşdu. Qız iddiasında bildirmişdi ki, dini yazılar onun hisslərini təhqir edir.

Məhkəmə də iddianı təmin edib. Qərara əsasən, “Paternoster” duası ilə başlayan və “Amin” sözləri ilə bitən bannerlərin hamısı siniflərdən çıxarılmalıdır.

Tədric ocağının nümayəndələri apelyasiya şikayəti vermək istəsələr də, sonradan bu fikirdən vaz keçiblər. Çünki bu proses onlara çox baha – 200 min dollara başa gələcəkdi.

Məhkəmənin bu qərarı yerli ictimaiyyət arasında fikir ayrılığına səbəb olub. Bəziləri xərcə baxmayaraq ali məhkəmə instansiyasına şikayət olunmasını tələb edir. Konqres üzvlüyünə namizədliyini irəli sürən Christopher Young apelyasiya vermək istəyən tələbələrə kömək edəcəyini vəd edib.
XS
SM
MD
LG