Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:45

«Elektron hökumət» portalının işə salınması təxirə salınır


Foto: Arxiv
Foto: Arxiv
«Elektron hökumət» portalının işə salınması başqa vaxta keçirilir.

Bu barədə «Trend»ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

«Portalın əvvəlcə martda işə salınması planlaşdırılırdı. Lakin portalda təqdim edilən elektron xidmətlərin çoxu baza xarakterli olduğundan onun işə salınması təxirə salınır. Çünki bu xidmətlərə əhali arasında tələbatın olması güman edilmir», - mənbə qeyd edib.

Portalın istismara verilməsinin yekun tarixi əhali arasında böyük tələbata malik xidmətlərin siyahısı formalaşdıqdan sonra elan ediləcək.

Məlumata əsasən, elektron-rəqəmsal imzanın istifadəsinin populyarlaşdırılması da az əhəmiyyətli məsələ deyil. Belə ki, məhz rəqəmsal imza «Elektron hökumət» portalının xidmətlərindən istifadədə əsas alət olacaq. Elektron-rəqəmsal imza üzrə mərkəz fəaliyyətə başlayandan bəri (2011-ci il sentyabr) təxminən 1000 elektron imza verilib. /Trend/
XS
SM
MD
LG