Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:32

Bəxtiyar Hacıyevin müraciəti rədd edildi


Arxiv foto
Arxiv foto
Hakim Vaqif Mursaqulov müraciətin rədd olunması ilə bağlı qərar verdi.
Qərar səsləndirildikdən sonra zaldakı gənclər "Bəxtiyar" qışqıraraq onun alqışladılar.
Prosesdə gənclər, yerli və beynəlxalq təşkilatın nümayəndələri iştirak edirdilər.

***
Fasilədən sonra cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəməyə gəlib. Nümayəndə məhkəmədə ona ünvanlanan suallara cavab verməyib.

***

Bu dəfə məhkəməyə cəzaçəkmə müəssisəsinin nümayəndəsi gəlməyib.

Fevralın 27-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov həbsxana nümayəndəsinin məhkəmədə iştirakının vacib olduğunu bildirib. Nümayəndənin məhkəməyə gəlməsi üçün 1 saatlıq fasilə elan edib.

Fevralın 6-sı və 20-də də proses təxirə salınmışdı. Birinci prosesdə B.Hacıyevə məhkəmənin vaxtı haqda gec xəbər verildiyindən o, vəkil tuta bilməmişdi. İkinci prosesdə isə B.Hacıyev prosesə gətirilməmişdi.

B.Hacıyev cəzasının üçdə birini çəkdiyi üçün vaxtından əvvəl azad edilməsini istəyir. Keçən il dekabrın 29-da Qaradağ rayon Məhkəməsi B.Hacıyevin müraciətini rədd edib. Hazırda Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilmiş şikayətə baxır.

B.Hacıyev 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilib. O, hərbi xidmətdən yayınmaqda ittiham olunur.

Bəzi beynəlxalq hüquq müdafiə təşkilatları onu «vicdan məhbusu» sayırlar.
XS
SM
MD
LG