Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:52

Zakir Qaralov Rafiq Tağının ailə üzvlərini qəbul edib


Rafiq Tağı
Rafiq Tağı
Baş prokuror Zakir Qaralov qətlə yetirilən yazar Rafiq Tağının ailə üzvləri və vəkili ilə görüşüb.

Rafiq Tağının qardaşları Alim Tağıyev, İlqar Tağıyev, həyat yoldaşı Mailə Tağıyeva və ailənin vəkili Elçin Sadıqov fevralın 27-də baş prokurorun qəbulunda olublar.

Alim Tağıyev «Media forum» saytına deyib ki, Zakir Qaralov onları dinləyib, qətlin istintaqı haqda məlumat verib:

«Baş prokuror bildirdi ki, Rafiq Tağının qətlinin üstünün açılması üçün əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Bizim yanımızda istintaq qrupunun üzvlərinə tapşırıq verdi ki, Rafiq Tağının vəkilinin verdiyi bütün vəsatətləri araşdırıb təmin edin».

«Bu görüşdən sonra qardaşınızın qətlinin üstünün açılacağına ümidiniz artdımı» sualına Alim Tağıyev belə cavab verib: «Qatilin tapılacağına ümidimizi itirməmişik».

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb.

Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə aparılır.
XS
SM
MD
LG