Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:43

Azərbaycan cizgi filmlərinin çoxu niyə maraqsızdır? (Debat)


Aygün Aslanlı (solda) və Şahnaz Bəylərqızı
Aygün Aslanlı (solda) və Şahnaz Bəylərqızı
Aygün Aslanlı:

- “Cavanşir” cizgi filminə baxmaq mümkün deyil. Qəhrəmanın başı tərsinə dönür.. Ordan Babəkin başı çıxır, burdan Şah İsmayılın başı çıxır. Bu qorxu təlqin edə bilər, vətənpərvərlik yox.

Elçin Hami Axundov:

- Bu filmi mən bir neçə uşaq koloniyasında göstərmişəm. Orda həyəcanla baxıblar...



Azərbaycan multfilmi ölürmü?

“Pen klub” proqramında bu suala cavab aradıq. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov, “Azanfilm” studiyasının direktoru Elçin Hami Axundov, kinoşünas Aygün Aslanlı və rejissor İlkin Yusiflə birgə.

DEBATIN AUDİOYAZISINI DİNLƏ


“ANİMATORLAR TƏQAÜDƏ ÇIXIB, FANTAZİYA İŞLƏMİR, MÜAİSRLİK DUYUMU YOXDUR”

Şahnaz Bəylərqızı:

- Elçin bəy, maraqlı cizgi filmləri çəkmək üçün nə çatmır? Müasir texnologiya, kadrlar?..

Elçin Hami Axundov:

- Keçmiş SSRİ-də studiyalar 5-6 ildən bir işçilərini cavanlaşdırırdı. Məni 3-4 il qabaq


Xatırlatma:

Mədəniyyət və Turizm Nazirliyi bu günlərdə cizgi filmləri müsabiqəsinə yekun vurub. Münsiflər heyəti bu qənaətinə gəlib ki, iştirakçılar yüksək səviyyəli cizgi filmi yarada bilməyiblər. Bu səbəbdən nəzərdə tutulmuş mükafatlar verilməyib. Amma maraq doğuran 3 filmin müəllifinə həvəsləndirici mükafat təsis edib.

İncəsənət Universitetinə çağırdılar. Dedim ki, 2-3 kompyuter, lisenziyalı proqramlar, bir neçə stol lazımdır. Təxminən 3-4 min manat gərək idi. Onunla da məsələ bağlandı. Bu gün Azərbaycanda fitri-istedad sahibi olan yaxşı animatorlar var. Ancaq onlar da mən yaşdadırlar. Mən həmişə deyirəm ki, cəmi-cümlətanı 2 yarım animator qalıb. Soruşurlar ki, bəs o yarım nədir? Deyirəm ki, artıq təqaüdə çıxıb, fantaziyası işləmir, müasirlik duyumu yoxdur. Yaşlıdırlar. Bizə cavan animatorlar lazımdır.

AZANFİLM”İN FİLMLƏRİ DARIXDIRICI İDİ...”

Aygün Aslanlı:

- Biz tələbələr üçün “Start” film festivalı keçirirdik. Hər il 1-2 nəfər tələbə ora cizgi filmi verirdi. O işdən biri mütləq maraqlı olurdu. Sadəcə, mən bilmirəm, onlar niyə “Azanfilm” studiyasına müraciət etmirlər? Elə bu günlərdə “Azanfilm”in istehsalı olan bir neçə film Kinematoqrafçılar İttifaqında nümayiş etdirildi. 6-7 filmdən yalnız bircə dənə maraqlı iş vardı. Qalanı darıxdırıcıydı, fantaziya kasadlığı vardı. Personajlardan biri qəhrəman təyyarədir, o da “Disney” filmlərindən götürülüb. Yəni mən bunları müşahidə elədim.

“TOM VƏ CERRY” YOXSA “VİNNİ PUX”?

Ş.B:

- Elçin bəy, qəbul edirsizmi iradları?

E.A:

- Müəyyən hissəsini əlbəttə qəbul edirəm. Mənə çox vaxt deyirlər ki, zəifdir filmlər. Bir az mən studiyanı Şura hökuməti, yəni sovet hökuməti vaxtı çəkilən filmlər səviyyəsində saxlayıram, mənəvi nöqteyi-nəzərdən. Mənə deyirlər ki, “Tom və Cerry” kimi çək. “Tom və Cerry”nin öz estetikası var.

A.A:

- Elçin müəllim, “Tom və Cerry” olmasın, rusların “Vinni Pux”u olsun. Bizdə o səviyyədə multik yoxdur.

E.A:

- “Soyuzmultfilm”in 20 filmini götürsən, bir dənə “Vinni Pux” çıxar.

A.A:

- “Nu poqodi”, “Pişik və siçanlar”, “Karlson”... Bizim cizgi filmlərindəsə fantaziya yoxdur. “Prostakvaşina”, “Vinni Pux”un mətnlərinə baxırıq. Möhtəşəmdir. Heç də maliyyə ilə bağlı deyil. Bu, yaradıcılıqla bağlıdır. Uşaq vaxtı rənglərə baxırdımsa, indi sözlərə qulaq asıram. Tay-tuşlarımla həmişə 2 sitat yazıçıdan gətiririksə, 2 sitat da sovet cizgi filmlərindən gətiririk. Amma bizim filmlərdə bu yoxdur. Bundan başqa, bizim filmlərin rəngləri solğundur. Mənim bacımoğlu xarici cizgi filmlərinə baxır. Çünki rənglidir. Uşağa söz çatmır axı. Ona rənglərin hərəkəti maraqlıdır. Bizim cizgi filmlərisə solğun, boz...

E.A:

- Deyəsən, artıq subyektiv fikirlər səslənir. Əvvəla bayaq dediyiniz “Cəsur təyyarə” filmi
Elçin Hami Axundov
Elçin Hami Axundov
festivalda yaxşı qarşılanmışdı, nazirə məktub da gəlmişdi. Yəni orda professional animatorlar baxıb seçim edirlər. İndi xanım, məndən inciməyin. Deyirsiz ki, filmlər solğundur, rəngsizdir. Nəyi solğundur? Səviyyəli rənglərdir. Amma bəzi şeylərdə sizinlə razıyam. Animasiya ssenarisi yazan yoxdur. Əvvəldən belə olub. Yazıq rejissorlar məcbur qalıb götürürdülər, o birilərin pulunu verirdilər, sonra bizi fakt qabağında qoyurdular ki, çəkək.

A.A:

- İndi dəyişib vəziyyət?

E.A:

- İndi də... İndi də fərli ssenari yoxdur. Bu problemlərlə ciddi məşğul olmaq lazımdır. Söz veriblər ki, bu il kursları maliyyələşdirəcəklər. cavan uşaqları ora qəbul etmək lazımdır.

“ABŞ, YAPONİYA, TÜRKİYƏ CİZGİ FİLMLƏRİ DƏRYASINDA YERLİ FİLMLƏR İTİR”

Ş.B:

- Mədəniyyət və Turizm Nazirliyində sektor müdiri Yusif Şeyxov telefondadır. Mən veriliş ərəfəsində bir neçə gənc valideynlə danışdım. Onlar uşaqlarının cəmi bir neçə yerli cizgi filminə baxdıqlarını dedilər: “Siçan və Pıs-pısa xanım”, “Toplan və kölgəsi”, “Meşəyə insan gəlir”... Daha çox Türkiyə, Rusiya, ABŞ cizgi filmlərinə baxırlar. Bəzi valideynlər hətta narahatdır ki, uşaqlar Azərbaycan dilində filmə baxa bilmirlər... Siz də demişdiz ki, bu sahədə yeni nəfəs, yeni adlar lazımdır.

Yusif Şeyxov:

- Azərbaycanda cizgi filmlərinin inkişaf etdiyi dövrlər olub. Valideynlər də həmin dövrü xatırlayırlar. Amma demək ki, indi cizgi filmi yoxdur... Müstəqillik dövründə 20-dən artıq cizgi filmi çəkilib.

Ş.B:

- Bəs niyə uşaqlar onları görmürlər? Televiziyalar vermir, satışda yoxdur?

Y.Ş:

- Televiziyalar yayımlayır, intəhası Amerika, Yaponiya və Türkiyə cizgi filmləri dəryasında onlar itir. Etiraf etmək lazımdır ki, keyfiyyətcə də bu filmlər adlarını cəkdiyimiz ölkələrin filmlərindən zəifdir, geridə qalır. Bu faktdır. Əlbəttə yeni nəfəs lazımdır, yeni kadrlar da. Yeni texnologiyalar lazımdır, məsələn, 3D formatında...

Ş.B:

- Lazımdır. Bəs dediyiniz kimi yeni nəfəsi gətirmək üçün hansı işlər görülür?

Y.Ş:

- Bu günlərdə 1 dəqiqəlik cizgi filmləri müsabiqəsi başa çatdı. 15-16 film təqdim olundu. Hətta Gəncədən, Şəkidən filmlər göndərildi. Təəssüf ki, iştirakçılar yüksək səviyyəli film çəkmək qabiliyyəti nümayiş etdirmədilər. Odur ki, qalib olmadı. Bir neçə həvəsləndirici
Yusif Şeyxov
Yusif Şeyxov
mükafat paylandı. Elçin müəllimin dediyi kurslar əlbəttə olmalıdır. Ehtimal var ki, bu il də olmasa, gələn il kurslar olacaq.

Ş.B:

- Bu kurslar yetərlidirmi? Bəlkə onları bayaq adını çəkdiyiniz ölkələrə göndərmək lazımdır?

Y.Ş:

- Elə planlar da var. İstədiyimiz də 1-2 uşaq tapıb xaricə oxumağa göndərmək idi. Tapmadıq. Amma axtarışlar davam edəcək.

“FANTAZİYASI TÜKƏNƏN KURSDA NƏ ÖYRƏDƏCƏK?”

A.A:

- Yusif müəllim kurslardan danışdı. Amma ondan əvvəl Elçin Axundov dedi ki, burdakı kadrlar yaşlıdır və maraqlı bir şey çəkməyə fantaziyaları qalmayıb. Fantaziyası tükənən adam kursda nə öyrədəcək? Daha çox diqqəti xaricə göndərməyə yönəltməliyik. Xaricdə təcrübə keçsələr, yaxşı olardı. Arif Məhərrəmov deyir ki, TRT yarananda cizgi filmləri sahəsində bizdən 50 il geridəydi. Üstündən 20 il keçib və biz onlardan 50 il geridəyik. Fransanın dünyaca məşhur Kayu personajı var. Türklər ona adekvat olaraq Pepe adlı bir cizgi qəhrəmanı yaratdılar. Uşaqlara gündəlik davranış qaydaları, türk mədəniyyətini öyrədirlər. Belə sadə variantları eləmək çətin deyil.

E.A:

- Elə mənim məqsədim bu cür seriallar çəkməkdir. Bu kurslara 30 nəfər qəbul etsək, bir ildən sonra tammetrajlı filmlər, seriallar çəkə bilərik.

KİNOŞÜNAS ELÇİN HAMİ AXUNDOVU TƏNQİD ETDİ: “BU AMERİKANIN DƏHŞƏT FİLMLƏRİNDƏN DƏ DƏHŞƏTLİDİR”

Ş.B:

- Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli mətbuata demişdi ki, istehsal olunan cizgi filmləri həddən artıq azdır. “Biz bu məsələ ilə bağlı cənab prezidentə хüsusi müraciət hazırlayacağıq. Tariхimiz, mədəniyyətimizlə bağlı cizgi filmlərinin çəkilişi üçün birdəfəlik yardım olunması ilə bağlı. Cizgi filmlərinin çəkilişi serialların çəkilişinə nisbətən daha az maliyyə vəsaiti hesabına başa gələ bilər. Tutaq ki, birdəfəlik 5 milyon vəsait ancaq cizgi filimləri çəkilişi üçün ayrılarsa, birdən-birə bu sahədə çoх böyük irəliləyiş əldə edə bilərik”.

E.A:

- Elə seriallara ayrılan qədər vəsait ayrılmalıdır.

A.A:

- Əgər keyfiyyətli iş istəyirlərsə. Yoxsa qəhrəmanlar... Bayaq Elçin müəllim “Cavanşir”
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
filmindən danışdı. Ona baxmaq mümkün deyil. Ya da “Basat və Təpəgöz” filminə. Qəhrəmanlar o qədər qeyri-təbii hərəkət edirlər. Hətta ABŞ istehsalı olan dəhşətli cizgi filmlərindən daha dəhşətlidir, baxmaq olmur. “Cavanşir”də qəhrəmanın başı tərsinə dönür, ikincisi, sonda ona əmr edirlər ki, vətənpərvər ol. Ordan Babəkin başı çıxır, burdan Şah İsmayılın başı çıxır. Bu qorxu təlqin edə bilər, vətənpərvərlik yox.

E.A:

- Bu filmi mən bir neçə uşaq koloniyasında göstərmişəm. Orda həyəcanla baxıblar. Bu plakat filmdir. Yaradılma ideyası 1992-ci ilə gedir. Ağdərə döyüşlərində 10 yaşında uşaq döyüşüb həlak olmuşdu. Bu mənə təsir etmişdi, ssenari yazdım. Onu o zaman çəkmək lazım idi. Amma 2003-cü ildə çəkdik. O həyəcan o zamandan qalıb.

“VİDEO-FORMATA ÇEVİRMƏK ÜÇÜN AYLARLA KOMPYUTERİ SÖNDÜRMÜRÜK”

Ş.B:

- Nazirliyin keçirdiyi müsabiqənin həvəsləndirici mükafatını almış İlkin Yusif söhbətə qoşulur. İlkin bəy, münsiflər ədalətliydimi? Sizcə, orda mükafat alacaq filmlər vardımı? Və bir də normal film çəkmək üçün sizcə, nə çatmır?

İlkin Yusif:

- Daha yaxşı 3ölçülü filmlər üçün texnika yoxdur. Razı deyiləm ki, animasiyaya serialların büdcəsi qədər pul qoyulmamalıdır. Animasiya film qədər çətindir. Texnologiya olmalıdır. Bir var hərəkəti, xarakteri kompyuterdə verəsən. Bir də var bir milyon manata texnikayla işləyəsən, hərəkəti hazır verir. Eləcə də başqa texnikalar var. Məsələn, video-formata çevirmək üçün aylarla kompyuteri söndürmürük... Bu gün Azərbaycanda normal filmlər çəkmək üçün komanda var. Normal bir iş qoymaq olar ortaya. Yeganə problem texnikadır.

“BİR MİLYON MANATLIQ TEXNOLOGİYA ALMAQ NİYYƏTİMİZ YOXDUR”

Ş.B:

- Yusif bəy, İlkin Yusifin dediyi 1 milyon manatlıq avadanlıq alınacaqmı?

Y.Ş:

- Bir milyon manatlıq texnologiya haqda məlumatım yoxdur. Daha ucuz başa gələn avadanlıq haqda məlumatım var. Bir milyon manatlıq texnologiya almaq niyyətimiz yoxdur. Müasir film çəkmək üçün bu gün də avadanlıq var, onu təkmilləşdirib davam etdirək. Amma müsabiqə qaliblərinə, eləcə də İlkin Yusifə təkliflərimiz olacaq.

E.A:

- Yeni studiyalar mütləq qurulmalıdır. Yeni texnologiyalar gəlməlidir. Mütləq. İnanıram ki, nazirlik bunu düşünəcək və bu istiqamətdə gedəcək.


PRODÜSSER: CAVİD ZEYNALLI
XS
SM
MD
LG