Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:32

Böyük Britaniyanı “Eurovision”da "Musiqi əfsanəsi" təmsil edəcək


Engelbert Hamperdinck
Engelbert Hamperdinck
Böyük Britaniya Bakıda keçiriləcək “Eurovision - 2012” Mahnı Yarışmasına 75 yaşlı müğənni Engelbert Humperdinck-i göndərəcək.

Bu xəbəri BBC News yayıb.

Humperdinck öz ölkəsini bu yarışmada təmsil etməyi "böyük şətəf" adlandırıb və əlavə edib ki, “döyüşə can atır”.

Xəbərdə bildirilir ki, müğənninin oxuyacağı mahnı ictimaiyyətə bir az sonra açıqlanacaq.

Ancaq mahnı üzərində kimin işlədiyi barədə məlumat verilib. Eurovision - 2012-də Böyük Britaniyanı təmsil edəcək mahnının üzərində prodüser Martine Terefe və Sacha Skarbek çalışır.

Engelbert Humperdinck (əsl adı Arnold Dorsey) 45 illik musiqi fəaliyyəti dövründə 150 milyon diskinin satıldığı xəbər verilir.

Ona ən böyük populyarlığı "Release Me" mahnısının gətirdiyi deyilir.

Bu mahnı ilə o hətta 1967-ci ildə The Beatles qrupunun "Strawberry Fields Forever"("Penny Lane") kompozisiyasını geridə buraxıb.

Böyük Britaniyanın Top-20-sinə isə Engelbert Humperdinck sonuncu dəfə 40 il əvvəl düşüb.

Uzun yaradıcılıq dövründə müğənni saysız mükafatlar qazanıb. Onun 68 qızıl diski, 18 platin albomu və “Grammy” mükafatı var.

2000-ci ildə onun varidatı 100 milyon dolları aşmışdı. Humperdinck ən varlı şou-biznes müğənniləri arasında beşinci hesab olunurdu.

Müğənni xeyriyyəçilik fəaliyyəti ilə də məşğuldur. O, öz hesabına müxtəlif tibb mərkəzləri və xəstəxanalar saxlayır.

Engelbert Humperdinck hələ də qastrollara çıxır və anşlaq yaradır.

İki il öncə müğənniyə Hollivudda “Musiqi əfsanəsi” mükafatı da təqdim olunub.
O, müxtəlif filmlərdə rol alıb.

2012-ci ildə “Eurovision” Mahnı Yarışması Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

Böyük Britaniya “Eurovision”un qurucusu olan ölkələr siyahısına daxil olduğundan onun təmsilçisi birbaşa mayın 26-da baş tutacaq finala keçəcək.
XS
SM
MD
LG