Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:55

Ziyalılar Forumu bəyanat yayıb


Arxiv foto: Ziyalılar Forumunun toplantısı
Arxiv foto: Ziyalılar Forumunun toplantısı
Azərbaycan Ziyalılar Forumu martın 1-də Qubada minlərlə insanın rayon icra hakiminin istefası tələbi ilə keçirdiyi etiraz aksiyası bağlı bəyanatla çıxış edib.
Ziyalılar Forumu son illər ölkədə ciddi sosial, iqtisadi, siyasi problemlərin olmasından dərin narahatlığını ifadə edib və hakimiyyəti vətəndaş cəmiyyəti ilə dialoqa çağırıb: «Lakin bu çağırışlar eşidilməyib və martın 1-də Qubada baş vermiş hadisələr ictimai rəyə məhəl qoyulmamasına əsaslanan siyasətin nəyə aparıb çıxardığını əyani şəkildə göstərib».
Müraciət müəllifləri əmindirlər ki, «Quba sakinlərinin bu dərəcədə kütləvi və qəti etirazına yalnız rayon icra başçısının xoşagəlməz davranışı səbəb olmayıb».
«Xalqın qəzəbli üsyanı cəmiyyətdə illərlə yığılmış sosial gərginliyin yüksək səviyyədə olduğunu göstərir», deyə bəyanatda qeyd edilir: «Qubada Azərbaycanda dövlət idarəçiliyinin nöqsanlarını səciyyələndirən problemlər əksini tapıb: vətəndaşların şərəf, ləyaqət və hüquqlarına tam etinasızlıq, total korrupsiya, kadr siyasətində proteksionizm və qohumbazlıq, icra, qanunverici və məhkəmə hakimiyyətinin bütün qollarını və regionların özlərini aralarında paylaşmış oliqarx klanların nümayəndələrinin özbaşınalığı».
Ziyalılar Forumu prezident İlham Əliyevi mövcud dövlət idarəçiliyinə yenidən baxmağa çağırıblar.
Bəyanat müəllifləri xəbərdarlıq edir ki, xalqın səbri hüdudsuz deyil və daşmaq üzrədir, onun qarşısını yalnız təcili effektiv hərəkətlər və ilk növbədə ölkənin idarəetmə aparatının tamamilə yenilənməsi ala bilər.
XS
SM
MD
LG