Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:43

Qərb İranla nüvə danışıqlarını bərpa edir


Belgium -- EU foreign policy chief Catherine Ashton holds a news conference at the end of a European Union foreign ministers meeting in Brussels, 23Jan2012
Belgium -- EU foreign policy chief Catherine Ashton holds a news conference at the end of a European Union foreign ministers meeting in Brussels, 23Jan2012
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü üstəgəl Almaniya İranın nüvə proqramıyla bağlı danışıqları bərpa etmək çağırışına müsbət cavab verib. Dövlətləri danışıqlarda təmsil edən Avropa Birliyinin Xarici siyasət komissarı Catherine Ashton martın 6-da bildirib ki, onlar İranın nüvə vasitəçisi Saeed Jalili-nin fevraldakı təklifini qəbul edirlər.

Bu qərarın açıqlanmasından az öncə İran Beynəlxalq Atom Enerjisi Agentliyini ölkənin hərbi obyektləri, o cümlədən Parchin zavoduna baxışa çağırıb.

martın 6-da İran bildirib ki, BMT-nin Atom Enerjisi Agentliyinin müfəttişlərini Parchin hərbi kompleksinə buraxa bilər və bundan ötrü müfəttişləri yenidən İrana çağırır. Fevral ayındakı səfər zamanı müfəttişlərin zavoda buraxılmamağına səbəb proseduraların çox vaxt aparması olub.

Sonuncu dəfə beynəlxalq müfəttişlər Parchində 2005-ci ildə olublar. Beynəlxalq Atom Enerjisi Agentliyinin sonuncu hesabatlarında İranın nüvə proqramının hərbi istiqamətləri haqda ciddi şübhələrin olduğunu və Parchinin də şübhəli obyektlər siyahısında olduğu bildirilirdi.

İran isə proqramın hərbi məqsədli olduğunu təkzib edir.
XS
SM
MD
LG